Chery şirkəti Exeed brendinin ikinci nəsil avtomobillərinin necə olacağını göstərəcək yeni konseptin tizerlərini dərc edib. Brend 2018-ci ildə yaradılıb və hazırda birinci nəsildən olan avtomobillər ailəsinə üç krossover daxildir - yığcam Exeed LX, orta ölçülü Exeed TX (uzadılmış TXL daxil olmaqla) və iri Exeed VX.
Tizerlərdə anons edilən Exeed AtlantiX konsept avtomobili qeyri-adi dizayn elementləri və dördyerlik salonu olan krossoverdir. Ön işıqlandırma texnologiyası maraqlıdır: LED matrisası bamperə quraşdırılıb və yalnız aktiv olduqda görünür, söndürüldükdə isə mövcudluğunu biruzə vermir. Exeed AtlantiX konsepti çox yaxında təqdim olunacaq, o zaman onun seriya avtomobilinə çevrilməsinin perspektivləri açıqlanacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.