Bu avtomobil yenilənmiş Omoda C7 krossoverinə əsaslanır. Əvvəlcə yenilənmiş krossoverin Çində Chery Tiggo 7 Plus adı altında buraxılması nəzərdə tutulurdu. Yeni krossover artıq Çinin Sənaye və Ticarət Nazirliyindən kütləvi istehsal üçün razılıq alıb. Görünən odur ki, şirkət sonda krossoverin adını dəyişdirmək qərarına gəlib.
Yeni Chery Tiggo 7L krossoveri Çində yalnız rəsmi şəkillərdə nümayiş etdirilib və bu da satışların tezliklə başlayacağına işarə edir. Artıq qeyd etdiyimiz kimi, bu model qlobal bazarlar üçün nəzərdə tutulmuş Omoda C7 modelinə əsaslanır. Lakin Chery brendi altında buraxılan avtomobili böyük radiator barmaqlığı və havalandırma dəliklərinin simulyasiyasına malik olan unikal ön hissəsi sayəsində asanlıqla tanımaq olar.
Qalan cəhətdən Tiggo 7L, faktiki olaraq, Omoda C7 modelindən heç nə ilə fərqlənmir. Avtomobil eyni pəncərə xəttinə, yarıgizli qapı tutacaqlarına və ildırım motivli arxa işıqlara malikdir. Digər xarici xüsusiyyətlərə misal kimi, tündləşdirilmiş arxa kuzov dayaqları, buraxılış sisteminin çıxış boruları olmayan minimalist arxa bamper və kiçik spoyler daxildir.
Avtomobilin interyeri rəsmi şəkillərdə göstərilməyib. Çox güman ki, o, Omoda C7 modelinin interyerini təkrarlayacaq. Xatırladaq ki, bu krossover 15,6 düymlük monitora, iki qollu sükan çarxına, transmissiyanın sükan qolunda quraşdırılmış selektoruna, kiçik rəqəmsal cihazlar panelinə və proyeksiya ekranına malikdir.
Chery Tiggo 7L modelinin uzunluğu 4655, eni – 1880, hündürlüyü isə, 1690 millimetr təşkil edir. Təkər bazasının ölçüsü 2720 millimetrdir. Yenilənmiş xarici görünüş sayəsində o, Omoda C7 modelindən 5 millimetr qısa, 5 millimetr enli və 15 millimetr hündürdür. Yeni avtomobilin təchiz olunmuş haldakı çəkisi 1530 kiloqramdır. 18, 19 və 20 düymlük təkər diskləri təklif olunur.
Avtomobil 1,5-litrlik SQRE4T15C mühərriki ilə təchiz olunub. Çin bazarı üçün onun hasilatı 156 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edir. Bu mühərrik 6-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Ötürmə - ön oxadır. Yeni Tiggo 7L modelinin 100 kilometrə 7,6 litr yanacaq sərfi edəcəyi gözlənilir. Krossover tezliklə Çin bazarında satışa çıxmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









