Dörd illik istehsal ərzində Chery Tiggo 8 krossoveri Plus, Pro, Pro Max indeksləri ilə işarələnən çoxsaylı modifikasiyaları əldə edib. Eyni zamanda, Tiggo 8 modelinin baza versiyası da hələ də buraxılır və sistematik olaraq yenilənir. Bu günlərdə Çendu avtosalonunda ikinci modernləşdirmədən keçmiş krossover təqdim olunub.

Xarici dəyişikliklər minimaldır. Radiator barmaqlığının xromla örtülmüş hücrələri şahmat ardıcıllığına malikdir, ön bamperdəki gümüş örtük yoxa çıxıb, lakin ayrıca duman işıqları peyda olublar: onlar dörd bölməli gündüz hərəkət işıqlarının üstündə yerləşirlər.
Yeni interyer əslində müxtəlif “modulların” birləşməsidir. İki ekranlı (hər biri 12,3 düym) ön panel Tiggo 8 Pro Max modeli ilə eynidir, lakin onu klimat-kontrolun iki fırlanan düyməsi olan sensorlu paneli quraşdırılmış əvvəlki mərkəzi konsolla birləşdiriblər.

Transmissiyanın sürücüyə tərəf çəkilmiş selektoru olan mərkəzi tunel isə, tamamilə yenidir. Yenilənmiş Tiggo 8 modelində iki və ya üç oturacaq sırasına malik ola bilər. Təchizatdakı yeniluklər isə, Sony səs sistemi və hava ionizatorundan ibarətdir.
Chery Tiggo 8 modeli Çində əvvəlki kimi iki mühərrik seçimi ilə təklif olunur. 156 at qüvvəli 1,5 TCI turbomühərriki mexaniki ötürmələr qutusu və ya yeni altı pilləli “robot” ilə tandemdə çalışır: əvvəllər “robot” quru muftalara malik idisə, indi onlar “yaşdırlar”. 197 at qüvəli 1.6 TGDI mühərriki yeddi pilləli “preselektiv” ilə birlikdə çalışır. Ötürmə - yalnız ön oxadır.

Çin bazarında yenilənmiş Tiggo 8 modelinə sifarişlər artıq sifariş qəbul edilir. Onun satış qiyməti 14 300-18 100 dollar arasındadır
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.