Chery şirkəti yeni flaqman krossoveri olan Tiggo 8 Plus krossoverinin interyerini nümayiş etdirib. Krossoverin İkinci nəsli tamamilə yenidən işlənmiş salona malik olub. Salonda dəyişdirilmiş ön paneli, sükanı, mərkəzi tuneli, oturacaqları və tərtibat materiallarını görmək olar. Bununla belə, ümumi arxitektura və qapı kartlarının dizaynı dəyişilməyib.
Yenilənmiş Tiggo 8 Plus modeli "adi" Tiggo 8-dən "süzən" iki tərkibli geniş ekranı olan ön panel ilə fərqlənir. Sol tərəfdə 12.3-düymlük rəqəmsal cihazlar paneli, sağ tərədə isə multimedia sisteminin işinə cavabdeh olan eyni ölçülü sensorlu ekran yerləşir.
Mühərriki işə salma düyməsi mərkəzi tunelə "köçüb", iqlimə nəzarət sisteminin bloku isə funksional şaybalardan məhrum edilib – indi temperatur və hava axını istiqamətini 8-düymlük sensorlu ekran və ya qeydə alınmayan selectorlar vasitəsilə tənzimləmək olar.
Havalandırma sisteminin ümumi arxitekturası dəyişməsə də, deflektorlar fərqli dizayna malik olublar. Media və iqlimə nəzarət sistemlərinin "qaynar" düymələri indi metalı təqlid edən örtüyə sahibdirlər və daha sanballı görünürlər. Oturacaqlar tamamilə yenidir: yastıq daha uzundu, yan tərəflərin profili kiçildilib, qızdırılma və havalandırma ilə yanaşı, sürücü oturacağındkı baş dayağının tənzimlənməsi tətbiq edilib. Ön panelin alt hissəsi, oturacaqlar və qapı kartlarının bir hissəsi yumşaq Nappa dərisi ilə üzlənib.
Arxa sərnişinlərin rahatlığı da unudulmayıb: ikinci sırada fərdi oturacaqlar quraşdırıla bilər və onların arasında mikroiqlimin tənizmlənməsi üçün sensorlu blok quraşdırılıb. Salonu üç variantda sifariş etmək olar: beş, altı və yeddi yerlik.
Flaqman modeli Çin bazarında payızın ortalarında satış debütü etməlidir. Yerli bazarda Tiggo 8 Plus krossoveri 195 at qüvvəli 1,6-litrlik benzin turbomühərriki və yeddi pilləli Getrag preselektiv "robotu" ilə təklif ediləcək. Eyni güc qurğusu standart Tiggo 8 modelində də quraşdırılır. Chery Tiggo 8 modelində olduğu kimi, yeni krossover də ön ötürməlidir.
Chery Tiggo 8 Plus modelinin qiymətləri onun rəsmi təqdimatına yaxın zamanda elan ediləcəkdir. Böyük ehtimalla, yeni model qabaqcıl avadanlıq və zəngin opsiyalar siyahısı sayəsində Tiggo 8 krossoverinin top versiyasından bir qədər bahalı olacadır. Çində 1.6-litrlik mühərriklə təchiz edilmiş Chery Tiggo 8 modelinin ən bahalı versiyası 155.9 min yuana (34 min manata) satılır.