Huawei şirkəti müxtəlif yollar vasitəsilə avtomobil sənayesinə sürətlə nüfuz edir. Hazırda Huawei şirkəti Changan və CATL ilə birlikdə yeni Avatar brendini, Sokon konserni ilə birlikdə isə, AITO brendi yaradıb. Artıq Chery ilə əməkdaşlığı nəzərdə tutan üçüncü layihə yoldadır. Gələcək Jetour Dasheng krossoveri üçün Huawei şirkəti mediasistemi, tamamlanmış reallıqlı proyeksiya ekranını və üçüncü səviyyəli avtopilotu özündə birləşdirən bort elektronikası hazırlayır. Qapı kilidlərini NFC protokolundan istifadə edərək qadcetlər vasitəsi ilə açmaq mümkün olacaqdır.

Dasheng modeli Chery şirkətinin 2018-ci ildə xüsusi olaraq gənc və nisbətən yoxsul auditoriya üçün yaratdığı Jetour brendinin yeni avtomobilidir. Jetour Dasheng modelinin carçısı olan Jetour X konsept avtomobili keçən il təqdim olunub. Bir sıra elementlər yenidən işlənilsə də, ümumilikdə avtomobilin dizaynı o qədər də dəyişməyib: uzunluğu təxminən 4,5 metr olan seriya krossoveri çərçivəsiz radiator barmaqlığına, ikimərtəbəli işıq texnikasına və 20-düymlük təkər disklərinə malik olacaqdır.

Hələlik yeni krossoverin nə texniki göstəriciləri, nə də ki interyer şəkilləri dərc edilməyib. Jetour Dasheng modelinin Chery krossoverləri ilə unifikasiya ediləcəyi aydındır. İlkin məlumata görə, krossoverin mühərrik çeşidinə Kunpeng ailəsinin müasir turbomühərrikləri və Kunpeng DHT hibrid güc qurğusu daxil ediləcəkdir. Jetour Dasheng krossoverinin təqdimatı yazın sonuna qədər baş tutmalıdır.Satışların başlanması isə, üçüncü rübə planlaşdırılıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.