Chery şirkəti X-C kod adlı gələcək seriya krossoverinin yeni şəkillərini paylaşıb. Yeni krossover noyabr ayında keçiriləcək Quançjou avtosalonunda debüt edəcəkdir. Krossoverin satışlarına 2022-ci ilin əvvəlində başlanmalıdır.
İlkin məlumatlara görə, X-C prototipi Chery şirkətinin yeni korporativ dizayn üslubunun tətbiq edildiy Tiggo 4 modelinin kupeyə bənzər versiyasıdır. Çinli jurnalistlər X-C modelinin hədəf auditoriyasının 25 yaşlı müştərilər olduğunu və seriya krossoverinin nisbətən ucuz qiymətə - 900 min yuana satılacağını bildirirlər.
Chery şirkətinin yeni korporativ üslubuna gəlincə, görünən odur ki, onun xarakterik xüsusiyyətləri yüksək pəncərə xətti, güclü meyilliyi olan arxa sütunlar və maili dam, həmçinin nazik formalı ön optika və çərçivəsiz radiator barmaqlığının üçölçülü naxışı olacaqdır. Yeni model T1X platformasına əsaslanır.
Mövcud tendensiyaların əksinə olaraq, Chery X-C elektromobil deyil, ənənəvi benzin mühərriki ilə hərəkətə gələn krossoverdir. Modelin bazara 1,6 və 2,0 litrlik turbomühərrikləri ilə çıxacağı gözlənilir.
Model haqqında təfərrüatlar, onun 27 noyabr - 5 dekabr tarixində keçiriləcək Quançjou avtosalonunda baş tutacaq təqdimatı zamanı açıqlanacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.