Chery Automobile şirkəti özünün model çeşidini flaqman elektrik krossoveri ilə genişləndirməyə hazırlaşır. Yeni modelin rəsmi şəkilləri “Autohome” portalı tərəfindən dərc edilib. Zavoddaxili eQ7 indeksini daşıyan kupeşəkilli krossoverin üzərindəki çalışmalar davam edir, lakin bu müddət ərzində avtomobilin adı dəyişə də bilər:
Chery şirkətinin ən yaxşı adı seçmək üçün müsabiqə elan edərək, ictimayyətin köməyindən yararlanacağı da istisna olunmur. Yeni krossoverin təqdimatının 2023-cü ilin ikinci yarısında baş tutacağı gözlənilir.
Yeni kupeşəkilli elektrik krossoveri 2020-ci ildə buraxılmış Chery eQ5 modelini xatırladır. Qeyd etmək lazımdır ki, eQ5 modelinin dizaynı üzərində İtaliyanın Pininfarina studiyası çalışmışdı. Əgər adı çəkilən krossover ölçülərinə görə Audi Q5 modelinə yaxındırsa, yeni kupe-krossun daha iri olacağı istisna edilmir.
Geely eQ7 aşağı hissəsində iri boşluqları olan “ikimərtəbəli” optikaya, radiator barmaqlığının yerində quraşdırılmış bağlı panelə, arxa tərəfə doğru yüksələn pəncərə xəttinə, arxa pəncərənin üzərindəki günəşliyə və təkər tağlarındakı plastik genişləndiricilərə malik olacaqdır.
Chery yeni modelin interyeri və texniki hissəsi barədə təfərrüatları açıqlamayıb. Xatırladaq ki, Chery eQ5 modeli 204 at qüvvəli elektrik güc qurğusu və 70,1 kilovat-saatlıq batareya ilə təklif edilir.
Xatırladaq ki, elektromobillərin yaradıllması və istehsalı ilə xüsusi Chery New Energy bölməsi məşğul olur. Bu bölmənin arsenalında artıq bir neçə "yaşıl" model var.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.