Chevrolet şirkəti nəhayət ki, yığcam Bolt EUV və Bolt EV elektromobillərinin istehsalına yenidən başlayıb və hətta 2023-cü model ilinin elektrokarlarının debütünü də anons edib.Bundan başqa, Bolt EUV krossoveri üçün yeni Redline Edition stayliq paketi də təqdim olunub.
Rəsmi məlumata görə, 2023-cü model ilinin Bolt EUV Redline Edition elektrokarı qırmızı tikişləri olan qara dəri ilə üzlənmiş oturacaqları, qırmızı elementləri olan qara rəngli 17-düymlük təkər disklərini, yan güzgülərdəki qırmızı dekoru və arxa tərəfdəki eksklüziv qırmızı-qara “Bolt EUV” nişanını əldə edəcəkdir.
Texniki hissə, çox güman ki, dəyişməyib və qiymətlər barədə hələlik rəsmi məlumat yoxdur. Bolt EUV Redline Edition modeli ABŞ, Kanada və Cənubi Koreyada satışa çıxarılacaqdır.
Chevrolet markasının model xəttində tezliklə digər kifayət qədər yığcam elektromobillər peyda olmalıdırlar: məsələn, Chevrolet Equinox EV. Elektrokar iki versiyada debüt edəcəkdir: LT və RS. Göründüyü kimi, Equinox EV RS xarakterik “karbon” dekorlu "idman" versiyası, Equinox EV LT isə təmtəraqlı elementləri olmayan daha sadə versiya olacaqdır.
Çox güman ki, RS versiyası baza təchizatlı modeldən əhəmiyyətli dərəcədə baha olacaq, lakin təkmilləşdirilmiş xarakteristikaları ilə seçiləcəkdir.
GM koinsernin bütün müasir elektrokarları kimi, Equinox EV modeli də Ultium platformasına əsaslanacaqdır. Lakin onun konkret parametrləri hələlik açıqlanmayıb. Yeganə məlum olan - 483 kilometrə çatan yürüş ehtiyatıdır. Chevrolet Equinox EV modelinin bazar debütü 2023-cü ildə baş tutmalı və o, öz seqmentindəki ən ucuz modellərdən biri olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.