Chevrolet Camaro modelinin mühərrik çeşidinə Silverado pikapının yeni dörd silindrli turbomühərriki və iki hibrid qurğusu daxil ediləcəkdir. Bu qurğular 2,0-litrlik dörd silindrli və 6,2-litrlik V8 mühərriklərinin əsasında yaradılacaqdır. Top-hibrid daxili yanacaq mühərriki ilə təchiz edilmiş modeldən dörd min dollar baha olacaqdır.

Maslkarın başlanğıc variantları Chevrolet Silverado modelindən tanış olan 2,7-litrlik mühərriki ilə təchiz ediləcəkdir. Bu aqreqat 310 at qüvvəsi və 472 Nm fırlanma anı təklif edir. Belə mühərrik ilə təchiz edilmiş Camaro 60 mil/saat (96 km/saat) həddinə 5,2 saniyəyə sürətlənəcəkdir. 2,0-litrlik mühərrikin əsasında yaradılmış hibrid aqreqatı 370 at qüvvəsi hasil edəcəkdir. Bu aqreqatla təchiz ediləcək kupe 60 mil/saat həddini 4,4 saniyəyə toplayacaqdır. Top-hibrid 461 - 552 at qüvvəsi arasında gücə malik olacaqdır. Ən güclü hibrid 100 kilometrə 9,8 litr sərf edəcəkdir.
