Chevrolet şirkəti bu il Camaro modelinin 50 illik yubileyini qeyd etməyə hazırlaşır. Əlamətdar tarixi qeyd etmək məqsədi ilə amerikan şirkəti «əzələ avtomobilinin» xüsusi variantını buraxmaq qərarına gəlmişdir. Məhdud sayda buraxılacaq yubiley avtomobilləri Camaro 50th Anniversary Edition adını almışdırlar. Amerikalıların fikrincə yubiley nəşri «indiyə qədər buraxılmış Camaro modelləri arasında ən epik olanıdır».

Xüsusi nəşrin kuzovu Nightfall Gray Metallic (boz metallik) rənginə boyanmış və narıncı rəngli yubiley zolarları ilə bəzədilmişdir. Avtomobilin təchizatına 20-düymlük xüsusi dizayna malik olan təkər diskləri, narıncı rəngə boyanmış əyləc dəstəkləri və xüsusi formalı radiator barmaqlığı daxildir. 

Avtomobilin standart variantı tərkibinə ksenon ön fənərlər, işıq diodlarından hazırlanmış arxa fənərlər və baqaj qapağına quraşdırılmış spoyler daxil olan RS Appearance Package dəsti ilə təchiz edilir.

Kupenin interyerinin şəkilləri dərc edilməsə də, Chevrolet nümayəndələri avtomobilin salonunda zamşa və dəri ilə örtülmüş oturacaqların quraşdırıldığını bildirmişdirlər.

Bundan əlavə, salonda narıncı saplı tikişləri, kandarların işıqlandırılmasını və yubiley variantının nişanları olan ön paneli, mərkəzi konsolu və sükan çarxını aşkar etmək olar. 

Chevrolet Camaro 50th Anniversary Edition modeli LT və 2SS variantlarında, kupe və kabriolet kuzovları ilə təklif ediləcəkdir. 2SS variantı 455 at qüvvəli 6,2-litrlik V8 mühərriki və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz ediləcəkdir. Opsional olaraq səkkiz pilləli avtomatik sürətlər qutusunu da sifariş etmək mümkündür. 

Yubiley nəşrinin satışlarına bu ilin yayında start veriləcəkdir. Avtomobilin satış qiyməti istehsalçı tərəfindən açıqlanmamışdır.  

Image alt Image alt Image alt Image alt Image alt