Chevrolet şirkəti yenilənmiş Camaro modelini təqdim edib. Yenilənmiş kupe ön tərəfin yeni tərtibatına və V8 mühərriki ilə təchiz edilmiş LT1 versiyasına sahib olub. Əvvəllər V8 mühərriki yalnız Camaro SS modeli üçün təklif edilirdi.
Yeni gəlmişkən, Chevrolet Camaro SS modeli əvvəlkindən kuzov rəngində olan zolağı və yuxarı qaldırılmış emblemi ilə fərqlənir. Yenilənmədən əvvəlki versiyada zolaq qara rəngə, emblem isə bu zolaqda idi.Chevrolet şirkətinin minik avtomobilləri və krossoverlərin satışı üzrə direktoru Stiv Mayoros yenilənmənin Camaro modelinin müştərilərinin arzu və tələblərinə uyğun olaraq aparıldığını bildirib.
Camaro LT1 modifikasiyasına gəldikdə isə, bu versiya 455 at qüvvəli 6,2-litrlik V8 mühərrikinə sahib olub. yeni versiya LT modifikasiyasının kuzovuna və SS modelinin kapotuna sahib olub. Güc aqreqatını 6-pilləli mexaniki və ya 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz etmək olar. Chevrolet Camaro LT1 kupe və kabriolet kuzovu ilə təklif ediləcəkdir.
Restaylinqdən əvvəlki Chevrolet Camaro SS
3,6-litrlik V6 mahərriki ilə təchiz edilən Camaro LT indi 10-pilləli avtomatik qutu ilə də təchiz edilə bilər. Bundan başqa, LT modeli yeni kuzov rənglərini, qırmızı və narıncı rəngli əyləc mexanizmlərini və yeni təkər disklərini əldə edib.