Chevrolet Camaro modelinin trek variantı olan Camaro ZL1 1LE modeli fevral ayından başlayaraq avtomatik transmissiya ilə təchiz ediləcəkdir. Sonuncu dəfə trek dəstinə malik olan maslkara avtomatik ötürmələr qutusu 1992-ci ildə quraşdırlıb. Bu opsiyanın qiyməti 1595 dollar təşkil edir.
Chevrolet Camaro ZL1 1LE trek günləri üçün hazırlanmış ən yeyin Camaro modelidir. Kupe 659 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edən mexaniki kompressorlu 6,2-litrlik səkkiz silindrli mühərrik ilə təchiz edilir. Camaro Zl1 1LE modeli 100 km/saat həddini 3,9 saniyəyə toplayır və 310 km/saat həddinə qədər sürətlənir.
Bu günə qədər Camaro ZL1 1LE modeli yalnız akselerasiya funksiyasına malik olan altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilib. Lakin, indi istehsalçı kupenin avadanlıq siyahısına 10-pilləli avtomatik ötürmələr qutusunu əlavə etmək qərarına gəlib. Bunun səbəbi potensial alıcıların çoxsaylı tələbləri olub. Avtomatik transmissiyalı kupenin qiyməti 73790 dollardan başlayır.