Chevrolet markası Şanxay avtosalonunda nümayiş etdirməyi planlaşdırdığı yeni sedanın tizerini dərc edib. İlkin olaraq Çin bazarında satılacaq avtomobil, sonradan digər bazarlarda da debüt edəcəkdir.
General Motors şirkətinin çin bölümünün yaydığı mətbuat açıqlamasında, Onix adlandırılan sedanı tamamilə yeni model olduğu bildirilir. Bununla belə, açıqlamanın çin variantında avtomobil Cavalier Onix adlandırlır ki, bud a Cavalier modelinin növbəti nəslinə işarə edir. Qeyd etmək lazımdır ki, hazırda Çində üç il bundan öncə debüt etmiş Chevrolet Cavalier modeli satılır. Bu modelin istefaya gedəcəyi də gözlənilmir: keçən il çin bazarında Cavalier 252108 ədədlik tirajla satılıb ki, bu da 2017-ci ildə olduğundan 33% çoxdur. Çox güman ki, Cavalier adı yerli alıcıların diqqətini yeni modelə yönəltmək üçün istifadə olunur.
Hələlik Onix modelinin bir tizeri dərc edilib. Tizerdəki avtomobil Redline indeksli “idman” veriyasıdır. “İdmançı” sedan radiator barmaqlığındakı, yan güzgülərdəki və təkər disklərindəki qırmızı haşiyələr ilə seçilir. Yeri gəlmişlkən Onix modelinin xarici görkəmi sir deyildir – keçən ilin payızında avtomobilin Çinin sənaye nazirliyinin bazasında qeydə alıblar.
GM avtomobil haqqında ətraflı məlumat verməsə də, onun yeni platformada inşa edildiyini bildirib. İlkin məlumatlara görə, bu platforma amerikan markasının tərəfdaşı SAIC konserni ilə birlikdə hazırlanıb. Hazırda bu platformada Chevrolet Tracker modelinin yeni nəsli inşa edilir.
Çinin sertifikasiya təşkilatı sayəsində avtomobilin bir sıra xarakteristikaları açıqlanıb: sedanın qabarit uzunluğu 4474 millimetrdir ki, bu da hazırki Cavalier modelində olduğundan 70 millimetr azdır. Hər iki avtomobilin təkər bazasının ölçüsü isə eynidir – 2600 millimetr. Cavalier Onix modelinin Çində 1,0-litrlik “turboüçlük” və 1,3-litrlik dörd silindrli mühərrik ilə təchiz ediləcəyi ehtimal olunur. Sonuncu iki güc variantında - 103 və 116 at qüvvəsi ilə təklif ediləcəkdir. Transmissiyalar barədə məlumat verilməyib.
Yeni sedanı GM və SAIC konsernlərinin Çində fəaliyyət göstərən birgə müəssisəsində istehsal edəcəkdirlər. Bununla yanaşı, yeni sedanı Cənubi Amerikada da yığacaqdırlar. Bu bazarda avtomobil Prisma adı ilə satılacaqdır.