Ekstremal ZR2 Bison modifikasiyası American Expedition Vehicles firması ilə əməkdaşlıqda yaradılıb. O, bu modelin mühərrik çeşidindəki ən güclü aqreqata - 314 at qüvvəli 2,7-litrlik dördsilindrli turbomühərriki, eləcə də hər iki oxda Multimatic məhdudlaşdırıcıları olan təkmilləşdirilmiş asqını əldə edib. Bundan əlavə, Bizon differensial kilidlərini, kuzovun altındakı polad qorumanı, xarici diametrli 35 düym olan şinlər və lonç-kontrol funksiyasını alıb.
Yeni Chevrolet Colorado pikapının artıq üç ofroud versiyası var: Z71, Trail Boss və ZR2. Hardkor ZR2 Bison debütü isə, yalnız vaxtaa bağlı idi. Sələfi kimi, o da American Expedition Vehicles (AEV) firması ilə əməkdaşlıqda yaradılmış və yolsuzluqda sürətlə hərəkət üçün nəzərdə tutulmuşdur.
Buna güclü Jounce Control Dampers ilə tamamlanan, ZR2 modelindən götürülmüş Multimatic DSSV amortizatorları kömək edir. Onların köməyi ilə asqı çuxurları daha yaxşı keçir, həmçinin zərbələri (məsələn, eniş zamanı) daha asan qəbul edir.
ZR2 Bison pikapının həndəsi keçid qabiliyyəti, əlbəttə ki, adi ZR2 modelindən daha yaxşıdır. Onun yalnız yaxınlaşma bucağı bir qədər azdır: 38,6-a qarşı 38,2 dərəcə. Klirens - 311 millimetrdir (+39 millimetr).
AEV firması pikapı güc bamperləri, təkər tağlarının genişləndiriciləri və xarici diametri 35 düym olan Goodyear Wrangler Territory MT şinləri taxılmış 17 düymlük təkər diskləri ilə təchiz edir. Yeri gəlmişkən, ehtiyat təkəri trofi-pikaplardakı kimi kuzova köçürülüb.
Asqı və transmissya davamlı bor poladından təbəqələr ilə örtülmüşdür. Chevrolet şirkətindən bildirildiyinə görə, bu, orta ölçülü pikaplar sinfindəki ən yaxşı qorumadır.
Colorado ZR2 Bison modelinin kapotu altında 314 at qüvvəsi və 569 Nm fırlanma anı hasil edən 2,7-litrlik alüminium "turbodördlük" yerləşir. Güc aqreqatı səkkiz diapazonlu Hydra-Matic 8L90 avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Pikapın standart təchizatına ikipilləli paylayıcı qutu və oxlararası differensial kilidləri daxildir.
Bizon həmçinin lonç-kontrola da malikdir (Baja rejimində mövcuddur). İstənilən səthdə “iki pedaldan” effektiv şəkildə hərəkətə başlamaq olar: elektronika onun növünü təyin edəcək və təkərlərin yerində fırlanmasını minimuma endirəcəkdir. ZR2 Bison pikapının bazar debütü cari ilin payızında baş tutmalıdır. Pikapın qiyməti hələlik məlum deyil, amma onun 50 min dolları keçəcəyi aydındır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.