Cari Chevrolet Colorado pikapı düz 9 il bundan öncə təqdim edilib. ABŞ bazarında satılan versiya isə, iki il sonra debüt edib. O vaxtdan bəri avtomobil bir neçə dəfə təkmilləşdirilsə də, ABŞ-da satılan versiya ilkin dizaynla təklif edilirdi. Yalnız indi Chevrolet şirkəti yerli bazarda satılan Colorado modelinin dizaynını dəyişmək qərarına gəlib.

İndi Chevrolet Colorado, iki il bundan əvvəl debüt etmiş daha iri Silverado modelini xatırladır. Radiatorun ikimərtəbəli barmaqlığı daha iri formalara və yeni naxışa sahib olub. Yeni ön bamper quraşdırılıb, açılan arxa bort iri firma emblemini əldə edibdir. ZR2 ekstremal versiyası isə ümumiyyətlə ön bampersiz qalıb - onu iri radiator barmaqlığı sıxışdırıb çıxarıb.

Image alt Image alt Image alt

İnteryerdə və texniki hissədə baş vermiş dəyişikliklər barədə məlumat verilməyib. İlkin məlumata görə, ən sadə baza versiyası aşağı tələbat üzündən istefaya göndəriləcəkdir. Bu səbəbdən də, pikapın ilkin qiyməti dörd min dollar bahalaşacaqdır. Yenilənmiş Colorado pikaplarının istehsalına iyun ayında başlanacaqdır. Avtomobilin genişmiqyaslı təqdimatı növbəti aylarda keçiriləcəkdir.