Yeni Chevrolet Corvette alıcılar tərəfindən yaxşı qarşılanıb - avtomobilin illik tirajının tamamilə satılması bunun əyani sübutudur. Bununla belə, istehsalçı daxil olmuş sifarişlərin sayı haqqında açıqlama verməyib.
General Motors konserninin şef-dizayneri Maykl Simko Autoblog saytına verdiyi müsahibədə, şirkətin Corvette C8 modelinin bir illik tirajının tamamilə satılması barədə bəyanat verməyə çox yaxın olduğunu bildirib. Bununla belə, Simko sayt vasitəsi ilə qəbul edilən sifarişlərin sayı və ya modelin planlaşdırılan tirajı barədə məlumat verməyib. Ən uğurlu zamanlarda Chevrolet 30 mindən çox Corvette satıb. Məsələn, keçən il Corvette C7 18791 nüsxəlik tirajla satılıb.
Chevrolet Corvette Stingray oturacaqların arxasında uzununa yerləşdirilmiş 6,2-litrlik səkkiz silindrli atmosfer mühərriki ilə hərəkətə gəlir. Yeni mühərrik yanacağın birbaşa çilənməsi sisteminə, 16 klapana, silindrlərinin yarısının söndürülməsi sisteminə və ilk dəfə olaraq quru karterli yağlama sisteminə sahib olub. Yeni LT2 mühərrikinin hasilatı 502 at qüvvəsi və 637 Nm-dir.
Ortamühərrikli Stingray alternativsiz olaraq iki yaş muftası və səkkiz pilləsi olan preselektiv «robotu» ilə təchiz edilir. Yeni transmissiya Tremec firması ilə birlikdə yaradılıb.