2020-ci ildə buraxılması planlaşdırılan səkkizinci nəsil Chevrolet Corvette modelinin bütün tirajı artıq satılıbdır. Bu barədə Motor Trend nəşrinə müsahibə verən GM konserninin Şimali və Cənubi Amerika üzrə satış departamentinin rəhbəri Barri Enql bildirib.
Səkkizinci nəsil Corvette modelinin istehsalına bu ilin payızında başlanmalı idi. Lakin, iri miqyaslı tətillər ucbatından şirkəti modelin istehsalını 2020-ci ilin fevral ayına keçirmək məcburiyyətində qalıb. Gələcəkdə General Motors konserni 40 ədəd Corvette buraxmağı planlaşdırır.
İlkin qiymətləndirmələrə görə, satışların yarısını açılan tavana malik olan Corvette modeli təşkil edəcəkdir. Buraxılacaq ilk superkar hərracda satılacaq və satışdan əldə ediləcək vəsait tam həcmdə Detroytun uşaq fonduna köçürüləcəkdir. Barrett-Jackson hərrac evi tərətindən hərraca çıxarılacaq ilk Chevrolet Corvette modelinin ən azından bir milyon dollara satılacağı gözlənilir. Corvette modelinin baza variantının qitməti 59.995 dollar təşkil edir. Ekspertlərin fikrincə GM konserni hər superkarda 20 min dollar itirir.
Mənbə: Motor Trend