Chevrolet şirkəti Corvette model xəttini genişləndrməyə davam edir. Bu gün amerikan istehsalçısı Z06 indeksinə sahib olan “bərkgedən” Corvette modelini təqdim edib. Ortamühərrikli superkarın səkkznci nəsli Corvette C8.R yarış avtomobilindən götürülmüş 670 at qüvvəli V8 mühərrikinə sahib olub. Corvette Z06 modeli 60 mil/saat (97 km/saat) həddinə 2,6 saniyəyə sürətlənir ki, bu da adi modeldə olduğundan 0,3 saniyə yeyindir.

Beləliklə, Corvette Z06 modelinin təchiz ediləcəyi mühərrik haqqında gəzən şayiələr təsdiqini tapıb: “bərkgedən” superkar dördklapanlı başlığı, titandan sürgü qolları, quru karterli yağlama sistemi və “yastı” dirsəkli valı (flat-plne) olan 5,5-litrlik V8 mühərriki əldə edib.

Konstruktiv olaraq, bu mühərrik Cadillac CT6-V sedanının 4,2-litrlik Blackwing biturbo mühərrrikinə yaxındır və 8600 dövr/dəqiqəyə kimi sürətlənir.

Səkkizsilindrli güc aqreqatı 670 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edir. Müqayisə üçün, Corvette Stingray modelinin 6,2-litrlik LT2 mühərriki 502 at qüvvəsi və 637 Nm fırlanma anına malikdir.

Xatırladaq ki, əvvəlki Corvette Z06 modeli 659 at qüvvəli 6,2-littrlik kompressorlu V8 aqreqatı ilə hərəkətə gəlirdi. Z06 modelinin güc qurğusu iki muftalı 8-pilləli “robot” ilə tandemdə çalışır.

“Bərkgedən” Corvette Z06 modeli adi superkardan başqa formalı hava girişlərinə malik olan ön sipəri, yan hava girişləri, kandarın yeni örtmələri, tənzimlənən arxa spoyleri və buraxılış sisteminin dörd çıxış borusu ilə seçilir.

İnteryer tərtibatında karbondan geniş istifadə olunur. Superkarın asqısı da yenidən işlənib: mühəndislər ön təkər izini 3 santimetr, arxa təkər izini isə 4 santimetr genişləndiriblər. Kuzov demək olar ki, 10 sanimetr daha enli olub.

Corvette Z06 modeli differensialın elektron kilidlənməsinə, Magnetic Ride Control 4.0 adaptiv amortizatorlarına, lonç-kontrola, öndə 370 millimetrlik, arxada isə 380 millimetrlik əyləc disklərinə, altıporşenli Brembo rotorlarına və öndə 275/30 ZR20, arxada isə 345/25 ZR21 ölçülü Michelin Pilot Sport 4S şinlərinə sahib olub.

Opsional Z07 dəstinin tərkibinə karbon-saxsı əyləc mexanizmləri, iri ölçülü spoyler, Michelin Sport Cup R ZP şinləri və asqının fərqli tənzimlənməsi daxildir. Bu dəstin quraşdırılması halında, 300 km/saat sürətində aerodinamik dayağın hasil etdiyi yerəbasma gücü 333 kiloqrama çatır. Standart Corvette Z06 modelində bu göstərici 166 kiloqram təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

ABŞ-dakı dilerlər Chevrolet Corvette Z06 superkarlarını 2022-ci ilin yayında alacaqlar. Elə həmin zaman da, superkarların Böyük Britaniya, Avstraliya və Yaponiyaya ixracatına başlanacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.