Chevrolet Corvette ZR 1 modeli Almaniyadakı Papenburq sınaq poliqonunda keçirilən gedişlər zamanı 375 km/saatlıq maksimal sürəti qeydə alıb. Qeyd etmək gərəkdir ki, təqdimatdan sonra bu həddin təxminən 346 km/saat olacağı bildirilmişdi. Avtomobili General Motors konserninin rəhbəri Mark Royss özü idarə edib. Konsernin mətbuat xidməti bildirib ki, ZR1 versiyası qiyməti bir milyon dollardan aşağı olan ən sürətli seriya avtomobili, eyni zamanda General Motors konserninin ən sürətli modelidir.

375 km/saata sürətlənən avtomobilin şassi və aerodinamik dəstinə heç bir dəyişiklik edilməyən adi Chevrolet Corvette ZR1 modeli olduğu bildirilir. Superkar Michelin Pilot Sport 4S yol şinləri və alüminium disklərlə təchiz edilib. Maksimum sürət altıncı pillədə (səkkizdən) əldə edilib, mühərrik məhdudiyyət işə düşənə qədər sürətləndirilib , üstəlik, sürücüdən başqa salonda məlumatları təhlil edən sərnişin də əyləşib.

Image alt Image alt Image alt Image alt

375 km/saatlıq cəhd yeganə cəhd olmayıb: rekord iki istiqamətdə orta sürətə görə müəyyən edilib. Mühəndislər komandası daha bir avtomobildə dəfələrlə 370 km/saata qədər sürətləniblər. Papenburq avtodromu optimal temperatur və hava sıxlığı şərtlərinə görə seçilib. Bundan öncə, əvvəlki nəsillərdən olan Corvette ZR1, eləcə də Camaro ZL1 modelləri ən yüksək sürətləri bu trekdə qeydə alıblar.

Bu ayın əvvəlində Corvette ZR1 layihəsinin baş mühəndisi superkarın niyə aktiv aerodinamikaya malik olmadığını izah edib. Mütəxəssis bildirib ki, Chevrolet yerəsıxma qüvvəsi və maksimum sürət baxımından optimal konfiqurasiyanı seçə bilib və tənzimlənən antiqanadlarla təcrübələr yalnız dizayn baxımından məqsədəuyğun ola bilərdi.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.