Keçən il debüt etmiş ekstremal Corvette ZR1 superkarı 1000 at qüvvəsindən çox gücə malik olan 5,5 litrlik V8 biturbo mühərrikini alib ki, bu da onu faktiki olaraq hiperkara çevirib. İndi isə, General Motors hibrid sistemə və tam ötürməyə malik olan daha güclü Corvette ZR1X modelini hazırlayıb.

Sadə dillə desək, Corvette ZR1X hiperkarı ZR1 sırf benzin versiyasını və ön oxda elektrik mühərriki olan Corvette E-Ray hibridi ilə calaq edilməsi vasitəsi ilə yaradılıb. Bununla belə, ZR1X top versiyasının özünəməxsus nüansları var.

Oturacaqların arxasında Corvette ZR1 modelindəki kimi iki turbokompressorlu və yastı dirsəkli valı olan 5,5-litrlik V8 LT7 mühərriki quraşdırılıb. Onun hasilatı belə  dəyişməyib: 1079 at qüvvəsi və 1123 Nm. Lakin güc qurğusunun elektrik üstqurumu xeyli yaxşılaşdırılıb.

1,9 kilovat/saatlıq dartma batareyası əvvəlki kimi mərkəzi tuneldə yerləşir, lakin onun effektiv tutumu 26% (1,1-dən 1,5 kilovat/saata qədər) artırılıb. Ən əsası isə, onun cərəyan hasilat çoxalıb. Bunun sayəsində ön elektrik mühərriki baza hibridindəki 163 at qüvvəsi və 165 Nm əvəzinə 188 at qüvvəsi və 196 Nm hasil edə bilir.

Mühərrikin konstruksiyası da təkmilləşdirilib: məsələn, gücləndirilmiş podşipniklər quraşdırılıb. Bundan əlavə, hibrid qurğu maksimal sürəti 241 km/saatdan 257 km/saata qədər artırıb, bu həddə çatdıqdan sonra isə, elektrik mühərriki söndürülür. Bütün fəndlər nəticəsində Corvette ZR1X hiperkarının güc qurğusunun hasilatı 1267 at qüvvəsi və 1319 Nm-ə çatıb!

Corvette ZR1X kupesinin çəkisi 1800 kiloqramı keçsə də, tam ötürməli hibrid hiperkar arxa ötürməli ZR1  versiyasından (1665 kiloqram) daha sürətlidir. 60 mil/saata (97 km/saat) sürətlənmə iki saniyədən az vaxt aparır,.

Hibrid dörddəbir mil dreq məsafəsini doqquz saniyədən az vaxta qət edir (ZR1 versiyasındakı  9,7 saniyəyə qarşı), çıxışda isə, 241 km/saata sürətlənir. Səkkiz pilləli "robotun" ilk pillələrində Corvette ZR1X 1,3 g-yə qədər uzununa sürətlənmə qüvvəsi hasil etdirir.

Mühəndislərin fikrincə, avtomobilin idarəetməsi mümkün qədər neytral və dostcasına xarakterə malikdir. Buna görə də, hiperkarın baza asması yarış trekinə səfərlərdə daxil olmaqla, müntəzəm istifadə üçün uyğundur. Buna Michelin PS 4S şinləri də xidmət edir.

Kəsskin hissləri sevənlər üçün Michelin Pilot Cup 2 şinləri ilə tamamlanan daha sərt və güzəştsiz tənzimləmələr variantı hazırlanır. Karbon-keramika əyləc diskləri və Alcon mexanizmləri (öndə on porşenli, arxada isə, altı porşenli) standart olaraq quraşdırılıb. 

Qeyd etmək lazımdır ki, bütün bunlar hətta ZR1 versiyası üçün opsiyadır. Nəticədə, əyləcləmə zamanı maksimal yüklənmə 1,9 g-yə çatır! Seçilmiş asmadan asılı olmayaraq, alıcılara daha aqressiv aerodinamikaya malik ZTK trek paketi təklif olunur.

Bununla belə, bu dəst ZR1 benzin versiyası üçün də əlçatandır və ümumiyyətlə, nişanlar və kiçik nüanslar istisna olmaqla, hər iki modifikasiya eyni görünüşə malikdir. Lakin ZR1X hibridi əvvəlcədən yenilənmiş interyerə sahib olan ilk Corvette modelidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hiperkarın qiyməti hələlik açıqlanmayıb. İlkin məlumata görə, hibrid hiperkarların qiyməti ən azı 250 min dollar olacaq. Xatırladaq ki, ZR1 kupesinin qiyməti indi 178 min dollardan başlayır, rodster isə, ondan 10 min bahadır.

Lakin istənilən halda bu oxşar göstəricilərə malik olan Avropa hiperkarları üçün tələb ediləndən xeyli azdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.