Michelin şirkətinin amerikan bölməsinin prezidenti Aleksis Qarsin havasız Michelin Uptis şinlərinin, Bolt modelini əvəzləyəcək növbəti nəsil Chevrolet elektromobilinin təchizatına daxil olacağını bildirib. Bu barədə xəbəri CNN xidməti yayıb.

Bunun təxminən üç-beş ildən sonra baş verəyi güman olunur. General Motors konsernində bu xəbəri nə təsdiq, nə də təkzib ediblər. Beləliklə, Chevrolet elektromobilləri havasız şinlərlə təchiz edilmiş ilk seriya avtomobilləri olmalıdırlar. 

Michelin şirkəti daxilində poliuretandan plastinləri olan havasız şinlərin yaradılmasına 2000-ci illərin əvvəllərində başlayıb, 2004-ci ildə isə Paris avtosalonunda ilk havasız konseptual şin nümayiş etdirilib.

Şirkət əllidən çox patenti qeydə aldıqdan sonra, uzunmüddətli sınaqlara başlayıb. Yalnız 2017-ci ildə Mochelin X Tweel adlı əmtəə şinləri peyda olub.  Belə şinlər yalnız dar çərçivədə istifadə olunan xüsusi texnika (otbiçən, yükləyici, ATV və yük velosipedləri) üçün nəzərdə tutulublar və hələlik onların zavod təchizatına daxil deyillər.

Minik avtomobilləri üçün nəzərdə tutulmuş Michelin Uptis şinləri 2019-cu ildə təqdim ediliblər. Bu şinlərin “titul daşıyıcısı” məhz Chevrolet Bolt elektromobili olub. Şinlərin müxtəlif şəraitlərdəki sınaqları davam edir və onlar hələ də pərakəndə satışa çıxarılmayıblar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.