Chevrolet şirkəti yeni nəsil Camaro modelinin əsasında yaratdığı yarış avtomobilinin il təsvirini yaymışdır. Chevrolet Camaro GT4.R indeksinə sahib olan avtomobil GT4 kateqoriyasında çıxış edən pilotlara ünvanlanmışdır. Bildiyimiz kimi, bu seriyada çıxış etmək üçün minimum sayda təkmilləşdirilmələr kifayətdir.
Bundan başqa, sportkar IMSA Continental Tire SportsCar Challenge və Pirelli World Challenge çempionatlarında da çıxış edə biləcəkdirlər.
Yarış kupesi, 650 at qüvvəli 6,2-litrlik kompressorlu V8 mühərriki və 10 pilləli avromatik ötürmələr qutusu ilə təchiz edilmiş Camaro ZL1 trek avtomobilinin bazasında yaradılmışdır. Avtomobilin GT4.R variant bu mühərrikin atmosfer modifkasiyası və Xtrac sekvental ötürmələr qutusu ilə təchiz ediləcəkdir.
Pratt&Miller firmasının iştirakı ilə yaradılmış Camaro GT4.R modeli tənzimlənən Ohlins amortizatorları ilə təchiz edilmiş digər asma, tənzimlənən ABS sistemi, daha güclü Brembo əyləc mexanizmləri, həmçinin xarakteristikaları aerodinamik boruda hesablanış yeni ön splitter, iri arxa antiqanad və diffuzor ilə təchiz ediləcəkdir. Bu avtomobilin sələfi olan Camaro Z/28 R modeli 2015 - 2016-ci illərdə Continental Tire SportCar Challenge seriyasında ümumilikdə 55 qələbə qazanmışdır. Bundan əlavə, o, istehsalçılar üçün nəzərdə tutlmuş çempionatda iki titulu əldə etmişdir.