Chevrolet şirkəti Ultium elektrik platformasında inşa edilmiş ilk modelini - FNR-XE sedanını təqdim edib. Hələlik elektrokar konsept statusundadır, lakin amerikan markası 2023-cü ilin sonuna qədər konseptin seriyaya gedəcəyini bildirib. Konsept haqqında məlumat verilməyib.

Ən maraqlısı isə, Chevrolet konseptinin cari ilin noyabr ayının əvvəlində nümayiş etdirilən Honda e:N2 konseptinə çox bənzəməsidir. Böyük ehtimalla, yapon elektromobili də Ultium platformasına əsaslanır və ola bilsin ki, Chevrolet konsepti ilə paralel olaraq hazırlanıb. Hər iki sedan Çin bazarı üçün nəzərdə tutulub və onların digər bazarlarda rəsmi olaraq satılması ehtimalı çox azdır.

Chevrolet şirkətinin ilk elektrik sedanı GM China Tech Day 2022 tədbirində debüt edib. FNR-XE konseptində Ultium platforması və Ultium Drive güc aqreqatından istifadə olunub. Eyni zamanda, prototip amerikan markasının batareyalı avtomobillərinin dizayn üslubunun hansı istiqamətdə inkişaf edəcəyini göstərir.

Artıq yuxarıda qeyd etdiyimiz kimi, Chevrolet FNR-XE konsepti Çin bazarı üçün hazırlanmış başqa konsept - Honda e: N2 sedanı ilə bənzərliyə malikdir. Ola bilər ki, bu, ya ümumi tendensiyadır,  ya da GM ilə Honda elektrokarların yaradılmasına çəkilən xərcləri bölüşmək qərarına gəliblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin FNR-XE haqqında ətraflı məlumat yoxdur. Konsept avtomobili işıqlandırılan radiator barmaqlığını, işıqlanan zolaqla birləşdirilmiş ön fənərləri, yan güzgülər əvəzləmiş kameraları və şüşə damı əldə edib. Salonda isə, güclü yan dəstəyi olan idman oturacaqları, sükan çarxı və təzadlı "idman" tərtibatı diqqəti çəkir. Təsdiqlənməmiş məlumatlara görə, prototip gələn il seriya modelinə çevriləcəkdir.

Ümumilikdə, 2023-cü ildə, SAIC-GM (Chevrolet, Cadillac və Buick brendləri) Ultium platforması əsaslanan dörd yeni model təqdim etməlidir. Beş ildən sonra isə, nəzarət olunan brendlərin portfelində ondan çox elektromobil olmalıdır. Eyni zamanda, yaxın iki il ərzində benzin mühərrikinə əsaslanan yeni hibrid güc qurğusu hazırlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.