Chevrolet şirkəti bu gün Las-Veqasda başlayan SEMA tüninq sərgisində Chevelle Slammer konspt avtomobilini təqdim etmişdir. Konsept 1969-cu ildə istehsal edilmiş Chevelle kupesinin bazasında yaradılmışdır.

Konseptual kupeni müasir Corvette Stingray və Camaro SS modellərinə quraşdırılan təkmilləşdirilmiş mühərriklə təchiz edilmişdir. 6,2-litrlik V8 mühərriki təkmilləşdirilmiş bölüşdürücü val və silindr başlığı ilə təchiz edilmişdir. Mühərrikin gücü 460 at qüvvəsindən 535 at qüvvəsinə qədər yüksəldilmişdir. Güc aqreqatı dörd diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışır ki, bu qutu 880 Nm-ə qədər fırlanma anına dözməyə qadirdir. Bundan başqa, Chevelle Slammer pnevmatik asqını, Camaro SS modelindən alınmış əyləc mexanizmlərini, eyni zamanda 18- (öndə) və 20-düymülük (arxada) təkər disklərini əldə etmişdir. Konseptual kupenin salonunda Camaro modelinin idman oturacaqları və unikal rəqəmsal cihazlar paneli olan xüsusi ön panel quraşdırılmışdır. Chevrolet bu sərgidə iyirmiyə yaxın tüninqdən keçmiş avtomobil nümayiş etdirəcəkdir.