Bu günlərdə, azərbaycanlı alıcıları maraqlındıracaq ikinci nəsil Chevrolet Niva avtomobilinin patent təsvirləri İnternetdə yayılmışdır. Bu təsvirlər Rusiyanın əqli mülkiyyət üzrə federal xidmətinin («Роспатент») məlumat bazasında dərc edilmişdir. Göstərilən təsvirlərə nəzər salsaq, yeni avtomobilin, 2014-cü ildə Moskva avtomobil sərgisində nümayiş etdirilmiş eyni adlı konseptə bənzədiyini görmək mümkündür. Avtomobilin işlənib-hazırlanması beynəlxalq komanda tərəfindən həyata keçirilmişdir. Bu komandaya çexiyalı aparıcı dizayner Ondrey Koromhaz və Blue Engineering dizayn-bürosu daxil olmuşdur.
Xatırladaq ki, Moskvada göstərilmiş prototip 1,8-litrlik Peugeot mühərriki və beş pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilmişdir. Fransız mehərrikinin gücü 135 at qüvvəsi təşkil edir. «Find New Roads» fəlsəfəsinə uyğun olaraq yaradılmış yolsuzluq avtomobili, aşagı ötürməli paylaşdırıcı qutu və differensialın bloklaşdırılması olan tam çəkiş sistemi ilə də komplektləşdirilmişdi.
Gələcək avtomobilin elekrtiklə tənzimlənən yan güzgülər və mərkəzi kilid sistemi, müasir təhlükəsizlik sistemləri, mobil qurğuları birləşdirilmək imkanı olan multimediya sistemi ilə təchiz olunacağı bildirilmişdir. Səyahəti sevənlər üçün kompasın, maillik ölçənin və bayırdakı temperaturu ölçən vericinin olması da nəzərdə tutulmuşdur.
Bildirildiyi kimi, yeni nəsil Chevrolet Niva avtomobilinin istehsalına bu ilin sonunda «GM-АвтоВАЗ» birgə müəssisəsinin Tolyatti şəhərindəki 2013-cü ildə inşaasına start verilən zavodunda başlanmalı idi. Lakin may ayında tikinti işlərinin saxlanılması səbəbindən layihənin taleyi qeyr-müəyyən olaraq qalmaqdadır.