Chevrolet şirkəti yanvar ayında işinə başlayacaq Detroyt avtomobil sərgisində Traverse krossoverinin yeni nəslini göstərmək niyyətindədir. Bunun niyyətin təsdiqi olaraq amerikan istehsalçısı yeni avtomobilin ilk tizerini dərc etmişdir.
Təsvirdən göründüyü kimi, yeni model sələfindən daha ensiz yan pəncərələr və genişləndirilmiş təkər tağları ilə seçiləcəkdir. Yeni modelin texniki xüsusiyyətləri haqqında heç bir məlumat dərc edilməmişdir. Ehtimallara görə, krossoverin mühərrik çeşidinə 288 at qüvvəli 3,6-litrlik V6 mühərriki daxil ediləcəkdir. Eyni zamanda yeni nəsil Chebrolet Traverse krossoverinin dörd silindirli turbomühərriklə təchiz ediləcəyi də istisna edilmir. Krossover həm öndən çəkişli, həm də tam çəkişli transmissiya ilə təklif ediləcəkdir. Avtomobil haqqında ətraflı məlumat rəqsmi təqdimat mərasimindən sonra dərc ediləcəkdir.