Chevrolet şirkəti Onix modeli barədə yeni məlumatları dərc edib. Artıq çinli müştərilər 14500 dollardan başlayan qiymətlərlə satılan Chevrolet Onix Redline modifikasiyasını sifariş edə bilərlər. Yeni modelin digər modifikasiyaları yaxın zamanlarda debüt edəcəkdir.
Beləliklə,yeni Chevrolet Onix sedanı General Motors konserninin Global Emerging Markets (GEM) modul platformasında inşa edilib. Yeni sedanın mühərrik çeşidinə 123 at qüvvəsi və 180 Nm fırlanma anı hasil edən 1,0-litrlik üçsilindrli Ecotec 325T turbomühərriki daxil edilib. Güc aqreqatı altı pilləli Dynamic Start/Stop Shift (DSS) avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Bu tandem 100 kilometrə ortalama 4,9 litr yanacaq sərf edir.
Sedan standart olaraq Apple CarPlay, Baidu CarLife, OnStar Intelligent Link tətbiqlərini və intellektual sürücü yardımçısı Xiao funksiyasını dəstəkləyən MyLink məlumat əyləncə kompleksi ilə təchiz edilir. Bundan başqa, Chevrolet Onix Redline modelinin standart təchizatına cihazlar panelindəki 3,5-düymlük displey, dəri ilə üzlənmiş multifunksiyalı sükan, idman oturacaqları və havanın təmizlənməsi sistemi daxil edilib.
Avtomobilin təhlükəsizlik sistemləri siyahısında ESC, ANS, EBD, TCS və Hill Start Assist sistemləri mövcudurş Opsional olaraq, arxa görüntü kamerasını, arxa parktronikləri, şinlərin təzyiqinə nəzarət sistemini (TPMS) və uşaq oturacağı üçün ISOFIX sistemini sifariş etmək olar.