Hazırkı Chevrolet Silverado 1500 pikapı üç il yarım bundan əvvəl debüt edib. Amerikan pikapları üçün bu o qədər də böyük yaş həddi sayıla bilməz, amma buna baxmayaraq, GM konserni tam ölçülü modernləşdirməni həyata keçirmək qərarına gəlib. Bununla belə, sadə “çalışqan” variantlar əvvəlki dizaynı, analoq cihazlar panelini və mediasistemin kiçik ekranı olan klassik interyerini qoruyub-saxlayıblar. Daha bahalı versiyalar (LT təchizat səviyyəsndən başlayaraq) isə tamamilə yeniləniblər.
Ailənin ikimərtəbəli ön dizaynı yenidən işlənilib: işıq cihazlarının dönmə siqnallarının yerləşdiyi aşağı hissəsi artıq işlək deyil və qapaqlar ilə örtülüb. Dönmə siqnallarından isə, nəzərəçarpacaq dərəcədə iri formalı C-şəkilli gündüz hərəkət işıqları məsuldurlar.
Radiator barmaqlığının dizaynına da yenidən baxılıb. Restaylinqdən əvvəlki Silverado modeli işıq texnikası, barmaqlıqları, emblemlərin mövqeyi, dekorasiyası (tutqun, parlaq və ya xrom) və rəng sxemi ilə fərqlənən səkkiz tərtibat variantına sahib idi. Eyni seçim zənginliyi yenilənmiş ailədə də qorunub saxlanılıb.
Chevrolet Silverado High Country
LT təchizatından başlayaraq, pikaplar yeni interyerə sahib olublar. Ön paneldə indi şaquli deyil, üfüqi düzülüş üstünlük təşkil edir: düymələr və tutacaq blokları bir cərgədə yerləşdirilib, mediasistemi isə, 13,4-düymlük genişfprmatlı ekrana sahib olub. Yenilənmiş modellər 12,3-düymlük vrtual cihazlar paneli ilə təchiz olunurlar. İnteryer tərtibatı daha da zənginləşib, opsiyalar siyahısına proyeksiya ekran və arxa görüntü kamerasının ekranı olan salon güzgüsü daxil edilib.
Pikpaın mühərrik çeşidindən benzinlə işləyən 4,3-litrlik V6 mühərriki sırasından çıxarılıb. Baza mühərriki sayılan 2,7-litrlik dördsilindrli turbomühərrik isə, daha möhkəm silindr bloku və dirsəkli val ilə təchiz edilir. Mühərrikin gücü dəyişməyib - 314 at qüvvəsi, lakin maksimum fırlanma anı 20% artaraq 569 Nm-ə çatıb. Bundan başqa, mühərrikin tandemdə çalışdığı səkkiz pilləli “avtomat” yenidən tənzimlənib.
Chevrolet Silverado LT
Səkkizsilindrli atmosfer mühərrikləri dəyişməyiblər: 5,3-litrlik mühərrik 360 at qüvvəsi və 519 Nm fırlanma anı, 6,2-litrlik aqreqat isə 426 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edir. Sıralı altısilindrli 3,0-litrlik turbodizel (281 at qüvvəsi, 623 Nm) də eyni qalıb, lakin onunla təchiz edilmiş pikaplar artıq gücləndirilmiş ramaya malikdirlər və buna görə də, yedəyə götürülən qoşqunun kütləsi 4,2 tondan 6,0 tona qədər artıb. Bu mühərriklərin hər üçü 10-pilləli “avtomat” ilə təchiz edilirlər.
Yenilənmiş Silverado modelinin standart təchizatına Chevy Safety Assist elektron köməkçiləri kompleksi daxildir. Ən zəngin High Country versiyası üçün, ilk dəfə olaraq, Super Cruise avtopilotu təklif edilir. Bu, avtomatik sükan idarəetməsi funksiyasına malik olan adaptiv kruiz-kontroldur: hazırda ABŞ və Kanadada, bu sistemdən istifadə etməyə icazə verilmiş və ümumi uzunluğu 320 min kilometr olan yollar mövcuddur.
Chevrolet Silverado ZR2
Modernləşdirilmiş ailənin zirvəsində yeni Chevrolet Silverado ZR2 versiyası yerləşir. Belə indeks, “bərkgedən” pikapın Corvette ZR1 superkarı ilə bir cərgədə durduğuna işarə edir. Silverado ZR2 modelinin əsas xüsusiyyəti yeni Multimatic DSSV yayları və amortizatorları olan gücləndirilmiş asqısıdır. Bundan başqa, pikapın klirensi 284 millimetrə qədər artırılıb, asqı sistemi də daha böyük gedişə malik olub.
Digər təkmilləşdirmələr arasında elektron idarə olunan differensial kilidləri, 33-düymlük ofroud şinləri, altlığın əlavə müdafiəsi, qısaldılmış bamperlər və buraxılış sisteminin qısa çıxış borusu var. Pikapın giriş bucağı 31,8 dərəcə, çıxış bucağı isə 23,3 dərəcədir.
Yəni Silverado ZR2 modeli yolsuzluqda sürətlə hərəkət etməyə imkan verir, lakin standart 6,2-litrlik V8 mühərrikinə malik olduğu üçün, Ford F-150 Raptor və ya Ram 1500 TRX modellərinin tam rəqibi hesab oluna bilməz. 10-pilləli “avomat” və tam ötürməs sistemi baza təchizatına daxildir.
Yenilənmiş Chevrolet Silverado pikapları (ZR2 versiyası daxil olmaqla) 2022-ci ilin yazında satışa çıxarılacaqdırlar. Hər zaman olduğu kimi, pikap tək və iki sıralı kabin (iki variantda) ilə təklif ediləcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.