General Motors konserninin icraçı direktoru Məri Barra şirkətin ABŞ-da fəaliyyət göstərən 240 diler mərkəzindən və özəl şəxslərdən Chevrolet Silverado elektrik pikapına 110 mindən çox öncədən sifarişin daxil olduğunu bildirib. Amerikan markasının nümayəndələrinin bildirdiyinə görə, belə ajiotaj əhali arasında “yaşıl” nəqliyyat vasitələrinə olan yüksək tələbatla bağlıdır. Elektrik pikaplarının çatdırılmasına 2023-cü ildə başlanmalıdır.
Chevrolet Silverado EV WT
Şirkətdən elektrik pikapına olan 110 mindən çox öncədən sifarişi onun təqdimatından bir neçə həftə sonra alındığını bildiriblər. Öncədən sifarişlər hən özəl şəxslərdən, həm də müştəriləri Chevrolet Silverdo EV modelinin ilk alıcısı olmaq istəyən 240 diler mərkəzindən daxil olub.
Məlum olduğu kimi, elektrik pikaplarının avtosalonlara çatdırılmasına 2023-cü ildə başlanmalıdır. Artıq Chevrolet markasının nümayəndələri Miçiqandakı Orion Township zavodunu tamamilə elektrik pikaplarının istehsalına keçiriləcəklərini bildiriblər. Beləliklə, şirkət 2025-ci ilə qədər 600 min batareyalı Silverado pikapını buraxmağı planlaşdırır.
Chevrolet Silverado EV Trail Boss
Chevrolet Silverado EV pikapının modifikasiya çeşidinə üç versiya daxil olacaqdır. WT indeksli baza versiyası 40 min dollara qiymətləndirib. Bundan başqa, alıcılar yolsuzluğa ünvanlanmış Trail Boss və 664 at qüvvəli güc qurğusu ilə təchiz olunmuş RST First Edition versiyasını da əldə edə biləcəklər.
Silverado EV First Edition versiyası cərəyan yükləmədən 600 kilometr məsafə qət edəcək və 100 km/saata 4,5 saniyəyə sürətlənəcəkdir.
Chevrolet Silverado EV RST First Edition
Yanvar ayının əvvəlində General Motors konserni Silverado EV RST First Edition modelinin bütün tirajının 12 dəqiqə ərzində satıldığını bildirib. “Bərkgedən” elektrik pikapını sifariş etmək üçün 100 dollar beh vermək lazım idi.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.