General Motors konserninin icraçı direktoru Məri Barra yeni Chevrolet Silverado EV elektrik pikapının ilk tirajının 12 dəqiqə ərzində satıldığını bildirib. Bununla belə, top menecer nə qədər pikapın sifariş edildiyini açıqlamayıb, odur ki, Silverado EV RST First Edition “salamlama” seriyasının tirajı haqqında mülahizə yürütmək mümkün deyil. Jurnalistlər elektrik pikapını behləmək üçün 100 dollar məbləğində depozit ödənilməsinin kifayət olduğunu bildiriblər.

Xatırladaq ki, General Motors konserni Chevrolet Silverado EV RST First Edition modeli üçün 105 min dollar tələb edir. Bu, GMC Hummer EV Edition One modelindən bir qədər ucuzdur. Sonuncu model üçün 113 min dollar istənilir. Bununla belə, Silverado EV hətta top versiyada Hummer modelindən daha sadədir.

Digər bir nüans Siverado EV RST First Edition modeli faktiki olaraq birinci olmayacaqdır. Ondan əvvəl satışa “içşi” Silverado WT pikapı çıxacaqdır. Sadə təchizata malik olan kommersiya pikapları 40 min dollardan başlayan qiymətlərlə satılacaqdırlar. “İşçi” versiya 2023-cü ilin yazında, Silverado EV RST First Edition modeli isə həmin ilin payızında satışa çıxarılacaqdırlar.

Texniki olaraq First Edition versiyası adi Silverado EV RST modelini təkrarlayır: ikimühərrikli güc aqreqatı 673 at qüvvəsi və 1057 Nm fırlanma anı hasil edir. Pikapın yürüş ehtiyatı 645 kilometr, yükgötürmə qabiliyyəti isə 590 kiloqramdır.

General Motors konserninin baş rəqibi olan Ford şirkəti F-150 Lightining modelinə sifarişlərin qəbulunu dayandırıb. “Mavi oval” batareyalı pikapa böyük tələbatın olacağını hesaba almayıb və istehsal güclərini təcili şəkildə artırmaq məcburiyyətində qalıb. Bununla belə, 2002-ci ildə cəmi 20 min elektrik pikapı buraxılacaqdır. Qeyd etmək gərəkdir ki, Ford dilerləri elektrik pikapına 200 mindən çox sifariş yığıblar.  

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.