Chevrolet şirkəti Silverado pikapının HD ZR2 və HD ZR2 Bison yolsuzluq versiyalarını təqdim edib. Onları yalnız dördqapılı 2500 Crew Cab kuzovu ilə sifariş etmək olar, lakin mühərrik seçmk şansı da var. Pikaplar standart olaraq 407 at qüvvəli 6,6-litrlik səkkizsilindrli benzin lə təchiz olunur, lakin alternativ olaraq eyni həcmli Duramax dizelini də sifariş etmək mamkündür. Pikaplar artırılmış klirensi, altlığın gücləndirilmiş müdafiəsini və özünü səhrada sübut edilmiş Multimatic DSSV amortizatorlarını alıb.

Yolsuzluq pikaplarının mühərriklərin çeşidinə 6,6-litrlik səkkizsilindrli benzin (407 at qüvvəsi, 629 Nm) və dizel (355 at qüvvəsi, 1322 Nm) mühərrikləri daxildir. Güc aqreqatları 10-pilləli Allison “avtomatı” ilə tandemdə çalışırlar.

Chevrolet Silverado HD ZR2

Pikaplar gücləndirilmiş DuraBed yük bölməsinə, çoxfunksiyalı Multi-Flex qapısı, əlavə BedSteps ayaqaltıları və sairə avadanlıqları əldə ediblər. Hər iki pikap ofrouderlər üçün etalona çevrilmiş klapanlı Multimatic DSSV amortizatorları, təkmilləşdirilmiş ön asqı qolları və sükan düyünləri, altlığın alüminium və polad plitələri, həmçinin elektron kilidli arxa E-Locker differensialı ilə təchiz edilirlər.

Bununla belə, HD ZR2 Bison ştamplanmış poladdan bamperlər və qoruyucular və AEV təkər diskləri ilə öyünə bilərlər. Hər iki pikap 35 düymlük Goodyear Wrangler Territory MT şinləri ilə təchiz edilirlər. ZR2 üçün bəyan edilən klirens 295, Bizon üçün isə 299 millimetrdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pikapların salonunda 13,4-düymlük displeyi olan multimedia sistemini, 12,3-düymlük rəqəmsal cihazlar panelini, inklinometrli proyeksiya displeyini və simsiz enerji doldurma meydançasını görmək mümkündür. Oturacaqların üzlənməsi üçün əsl dəridən istifadə olunur, lakin ümumiyyətlə, daxili tərtibat materialları asanlıqla yuyula bilən növlərdən seçilirlər.

Chevrolet Silverado HD ZR2 və ZR2 Bison modelləri General Motors konserninin Miçiqandakı zavodunda buraxılacaqlar. Avtomobillərin istehsalına avqust ayında start verilməlidir. Qiymətlər həmin vaxta yaxın açıqlanacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.