2023-cü ilin noyabrında Boulinq Qrin zavodunda Chevrolet Camaro modeli üçün nəzərdə tutulmuş kompressorlu 6,2-litrlik V8 mühərrikinin sonuncu nüsxəsi yığılıb. Bundan sonra, LT4 mühərrikini sportkarının özünün son nüsxəsi təqib edib . İkonaya çevrilmiş modelin Lansinq zavodundakı istehsalına bu ay son verilib. Chevrolet Camaro modelinin tarixi davam edərsə, o artıq adi büdcə idman avtomobili formatında olmayacaq. Əfsanəvi modelin varisinin nə vaxt debüt edəcəyi isə sirr olaraq qalır.
Altıncı nəsil Chevrolet Camaro modelinin son nüsxəsi hardkor ZL1 1LE versiyasında buraxılıb. Onun alıcısı 660 at qüvvəli idman avtomobilini 6-pilləli mexaniki transmissiya ilə təchiz etmək istəyib. ABŞ-da avtomatik transmissiyanın mexaniki ötürmələr qutusundan daha populyar olduğunu nəzərə alsaq, vidalaşma layiqli alınıb.
“Camaro - ehtirasın məhsuludur. Model bütün dünya üzrə pərəstişkarlar bazası yaradıb və onun bütün nəsilləri insanları Chevrolet dilerlərinə gətiriblər. Altıncı nəsil əsasən atletizm və soyuqqanlılığı, yolda inamı və yarış trekində hökmranlıq ruhunu təcəssüm etdirib”, - amerikan istehsalçılarının nümayəndələri son Camaro kupesinin buraxılışı ilə bağlı şərh veriblər.
Chevrolet Global şirkətinin vitse-prezidenti Skot Bell maslkarın bazarı birbaşa varisi olmadan tərk etdiyinə baxmayaraq, Camaro adının tarixi bitmədiyini bildirib. Bununla belə, top menecer yeni Camaro modelinin necə olacağı və onun nə vaxt debüt edəcəyi barədə heç bir məlumat verməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.