Chevrolet şirkəti ABŞ-da yolsuzluq üçün nəzərdə tutulmuş Suburban Z71 modelini satışa çıxarıb. Z71 paketi olan tamöterməli ofrouderlər yalnız 5,3 və 6,2 litrlik V8 benzin mühərrikləri ilə təklif edilirlər. Bu versiyadan olan avtomobil adi Suburban modelindən eksteryer tərtibatı və BF Goodrich ofroud təkərləri fərqlənir. Qiymətlər 63,195 dollardan başlayır.
Bütün Chevrolet Suburban Z71 modelləri tam ötürmə sistemi, 10-pilləli avtomatik tranmsissiya və iki diapazonlu paylayıcı qutu ilə təchiz edilirlər. Ofrouder alternativsiz olaraq 20-düymlük təkər diskləri və BF Goodrich şinləri ilə təklif olunurlar.
Suburban Z71 versiyasını xrom örtüyü olmayan radiator barmaqlığı, Chevrolet loqotipləri və pəncərə haşiyələri, qırmızı yedək qarmaqları, həmçinin ön qanadlarda Z71 emblemləri sayəsində tanımaq olar. Bundan başqa, avtomobilin standart təchizatına enişdə yardım edən Hill Descent Control sistemi və daha güclü hava filtri daxil edilib.
Əlavə ödənişlə Suburban Z71 modelini bir sıra opsiyalar ilə təchiz etmək olar: məsələn, 4,885 dollarlıq Signature Package dəstinin təribinə elektrik ötürməli şüşə lyuk, ön və arxa park sensorları, təkmilləşdirilmiş soyutma sistemi, sükan çarxının qızdırılması və elektriklə tənzimlənməsi, həmçinin qızdırılan arxa oturacaqlar daxildir.
Chevrolet Suburban Z71 standart olaraq 359 at qüvvəsi və 519 Nm fırlanma anı hasil edən 5,3-litrlik V8 benzin mühərriki ilə təchiz edilir. Bundan başqa, ofrouderi 420 at qüvvəsi və 624 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriki ilə də sifariş etmək də mümkündür.
ABŞ-da 5,3-litrlik mühərriki olan Chevrolet Suburban Z71 modelinin qiymətləri 63.195 dollardan başlayır, 6,2-litrlik mühərrik və zəngin təchizata malik olan Suburban Z71 modeli təxminən 70.000 dollara başa gələcəkdir. Müqayisə üçün, Suburban modelinin arxa ötürməli baza versiyası 52,995 dollara, tam təchizatlı Suburban High Country modeli isə 86,465 dollara satılır.