Chevrolet şirkəti trek günləri dəsti ilə təchiz edilmiş Camaro «əzələ» avtomobilinin «ucuz» variantını - 1LE versiyasını təklif edir. İk dəfə 1998-ci ildə amerikan şirkəti tərəfindən təklif edilmiş bu dəst V6 mühərriki ilə təchiz edilmiş avtomobil üçün də əlçatan olacaqdır. Bundan əvvəl, bu dəstlə ancaq V8 mühərrikləri ilə hərəkətə gələn avtomobillər komplektləşdirilirdi. Bu dəst Chevrolet Camaro modelinin 335 at qüvvəli 3,6-litrlik V6 mühərriki ilə təchiz edilmiş LT variantı və 455 at qüvvəli 6,2-litrlik V8 mühərriki ilə təchiz edilmiş SS variantı üçün təklif olunur.
Chevrolet Camaro LT 1LE versiyasının təchizatına SS variantının asqı elemetlərindən ibarət olan «idman» asqısı, SS versiyasının yanacaq sistemi, mühərrik və transmissiyanın əlavə soyudulması, dördporşenli Brembo ön əyləc mexanizmi, dəyişdirilmiş nisbəti olan əsas ötürücü ilə birlikdə işləyən yüksək sürtünməli mexaniki diferensial, həmçinin öndə 245/40 və arxada 275/35 ölçülü şinlərlə təchiz edilmiş 20-düymlük təkər diskləri daxildir.
SS modifikasiyası üçün isə, tənzimlənən amortizatorlu Magnetic Ride asqısı, altıporşenli Brembo əyləc mexanizmi, yeksək sürtünməli elektron differensialı, öndə 285/30 və arxada 305/30 ölçülü şinlər ilə təchiz edilmiş 20-düymlük disklər təklif edilir. Bundan əlavə, LT variantında olduğu kimi, avtomobil üçün xüsusi buraxılış sistemi, mühərrik və sürətlər qutusunun əlavə soyudulması da təklif edilir.
Chevrolet Camaro SS 1LE
1LE dəsti, dəstəyinin qısaldılmış gedişi olan altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilmiş LT və SS modifikasiyaları üçün təklif edilir. Trek günləri üçün nəzərdə tutulmayan Camaro modelinin V6 mühərriki və mexaniki sürətlər qutusu ilə təchiz edilmiş versiyası ilk 100 km/saat sürətini 5,2 saniyəyə, V8 mühərrikli variant isə 4,3 saniyəyə toplayır. Səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə təchiz edilmiş avtomobilin göstəriciləri, müvafıq olaraq 5,1 və 4,0 saniyədir.
Chevrolet Camaro modelinin yeni nəsli bu ilin may ayında təqdim edilmişdir. Yeni avtomobil sələfindən kiçik və yüngül olmaqla yanaşı, 275 at qüvvəli dörd silindirli turbomühərriklə də təchiz edilir.
Söylənilənlərə görə, yaxınlarda kupenin Corvette Z06 superkarının 6,2-litrlik V8 mühərriki ilə təchiz edilmiş ZL1 trek variantı da təqdim edilməlidir. Lakin, Camaro üçün mühərrikin gücü 650 at qüvvəsində 600 endiriləcəkdir.