Chevrolet şirkəti Tahoe ofrouderinin Custom Midnight Edition adlı xüsusi versiyasını təqdim edib. Qara rəngli tərtibata malik olan modifikasiya üçüncü cərgənin oturacaqlarından məhrum olub və 1529 litrlik baqaj bölümünü əldə edib.
“Qara” ofrouder başlanğıc LS təchizat səviyyəsinə malik olan modifikasiyanın bazasında yaradılıbdır. Tahoe Custom Midnight Edition modeli adi ofrouderdən Goodyear Wrangler DuraTrac yolsuzluq şinlərinə malik olan 18-düymlük təkər diskləri, qara radiator barmaqlığı və tündləşdirilmiş loqotipləri ilə seçilir.
“Qara” Chevrolet Tahoe modelinin təchizatına Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi, arxa görüntü kamerası, beş USB portu, həmçinin avtomobilin sürətini, musiqi sisteminin səsini məhdudlaşdıran və bütün yardımçıları aktivləşdirlən “yeniyetmə sürücü” funksiyası daxil edilibdir. Chevrolet Tahoe Custom Midnight Edition 360 at qüvvəsi və 519 Nm hasil edən 5,3-litrlik V8 atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı altı diapazonlu avtomatik transmissiya ilə tandemdə çalışır. Ofrouder üç tonluq qoşqunu yedəyə almaq iqtidarıdadır.
Şimali Amerika bazarında “qara” ofrouder aprel ayından başlayaraq satılacaqdır onun qiyməti 45995 dollar təşkil edir. Müqayisə üçün, avtomobilin LS təchizat səviyyəsinə malik olan baza variantı 48795 dollara satılır.