General Motors konserninin tam ölçülü ofrouderləri “əsl amerikan avtomobili” anlayışının canlı təcəssümüdürlər. Bugünkü ekoloji gündəmdə baxmayaraq, onlar 5,3 və ya 6,2 litrlik ənənəvi V8 mühərrikləri ilə təchiz olunmağa davam edirlər. Düzdür, mühərrik çeşidində 3,0-litrlik altısilindrli turbodizel də var.
Lakin Chevrolet Tahoe və GMC Yukon modellərinin kapotları altında heç vaxt altıdan az silindr olmayıb. Bu günə qədər. Buna baxmayaraq, Çin gömrük aksizləri və vergiləri bu sistemi alt-üst edib. Xüsusilə Çin bazarı üçün Tahoe və Yukon ilk dəfə “turbodördlüklərlə” təklif edilirlər!
Düzdür, hələlik söhbət 1,5 və hətta 2,0 litrlik mühərriklərdən getmir. Ofrouderlər Turbomax ailəsindən olan 2,7-litrlik benzin mühərriklərini alıblar. Amerikada L3B indeksi ilə tanınan mühərriklər orta və böyük ölçülü Chevrolet və GMC pikaplarında, həmçinin Cadillac CT4 sedanlarında quraşdırılırlar.
Onun CT4-V modelindəki ən güclü versiyası 329 at qüvvəsi və 515 Nm, pikaplarda isə, 314 at qüvvəsi və 583 Nm hasil edir. Tahoe və Yukon modelləri üçün turbomühərrikin hasilatı 303 at qüvvəsi və 500 Nm qədər azaldılıb.
Ancaq adi 10-pilləli avtomatik transmissiya yerində qalır və Çin Xalq Respublikasında avtomobillər standart olaraq tam ötürmə və pnevmatik asqı ilə təchiz edilirlər (ABŞ-da bunlar seçimdir). Boş çəkisi 2658-2680 kiloqram olan dördsilindrli ofrouderlər 100 km/saata 8,5 saniyəyə sürətlənirlər.
Hələlik Çində istehsaldan söhbət getmir. Chevrolet Tahoe və GMC Yukon modelləri Amerikadan Çinə GM konserninin qurucusunun adını daşıyan xüsusi yaradılmış The Durant Guild bölməsi tərəfindən idxal olunur. O, həmçinin Chevrolet Corvette superkarlarının, eləcə də Cadillac Celestiq və Hummer EV elektrik avtomobillərinin idxalına cavabdehdir.
Bununla belə, dörd silindrə keçid hələ də Chevrolet Tahoe və GMC Yukon modellərinin qiymətini əlçatan etməyib: qiymətlər müvafiq olaraq 648 min yuandan (90 min dollar) və 808 min yuandan (112 min dollar) başlayır.
ABŞ-da V8 mühərrikinə malik olan hər iki ofrouder nəzərəçarpacaq dərəcədə ucuzdur: Tahoe üçün ən azı 60 000 dollar, Yukon üçün isə, minimum 69 000 dollar tələb edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.