Hazırda satışda olan beşinci nəsil Chevrolet Tahoe və on ikinci nəsil Chevrolet Suburban ofrouderləri 2019-cu ilin sonunda işıq üzü görüblər. Onlar əfsanəvi sələflərinin uğurunu təkrarlamağa davam edirlər:
GM konserninin məlumatına görə, ABŞ bazarında bu cütlük tamölçülü ofrouderlər seqmentinin 40 faizinə sahibdirlər, Chevrolet ailələri arasında isə, satış həcminə görə üçüncü yeri tuturlar. Planlaşdırılmış restaylinqin əsas məqsədi bu uğuru dəstəkləməkdir.
Chevrolet Suburban
Ofrouderlərin eksteryeri səliqəli ştrixlərlə yenilənib və ilk baxışdan köklü şəkildə dəyişməyib. Bununla belə, əsas fənərlər indi gündüz hərəkət işıqlarının LED “mötərizələrinin” üstündə deyil, onların altında yerləşirlər. Bu əhəmiyyətli metamorfoz kapotun ucluğunun altındakı əlavə diod zolaqlar vasitəsi ilə gizlədilib.
Əlbəttə ki, yeni bamper və radiator barmaqlığı olmadan da ötüşməyib. Arxa fənərlərin naxışı dəyişdirilib, iki yeni kuzov rəngi (Cypress Grey və Lakeshore Blue Metallic) və opsional 24-düymlük təkər diskləri əlavə edilib.
Chevrolet Tahoe
Əsas dəyişikliklər interyerdə gizlidir. Ön panel tamamilə yenidir – burada 11-düymlük rəqəmsal cihazlar paneli (artıq analoq variantı yoxdur) və media sisteminin 17,7-düymlük nəhəng displeyi peyda olub. Hava kanallarının konfiqurasiyası tamamilə dəyişdirilib, onlar bir qədər aşağı köçürülüb və klimat-kontrolun fiziki idarəetmələri orqanlarını qoruyub saxlamış yeni bloku ilə birləşdirilib.
Transmissiyanın düyməli idarəetmə paneli ləğv edilib: bundan sonra Tahoe və Suburban, əvvəllər olduğu kimi, sükan qolunda quraşdırılmış ötürmələr qutusunun dəstəyi ilə təchiz ediləcək. Ancaq bu artıq böyük mexaniki “atəşkeş” deyil, yığcam elektron selektordur. Bundan əlavə, yeni sükan peyda olub, High Country top versiyası isə əsl ağacdan tərtibatı əldə edib ki, bu da Tahoe/Suburban üçün bir ilkdir.
Elektron sistem və köməkçilərin siyahısı xeyli genişləndirilib. Xüsusi Super Cruise firma kvazi-avtopilotu da əlçatandır. Salonda hərəkət detektorları peyda olub: onlar unutqan sürücülərə park edilmiş avtomobildə yaddan çıxıb qalmış uşaqlar və ya ev heyvanları barədə xəbərdarlıq göndərəcəklər.
Digər yenilik çoxsaylı kameralar sistemidir ki, onun vasitəsi ilə sahibi avtomobilin daxili və xaricindəki vəziyyəti uzaqdan izləyə bilər. Videoregistrator rejimi və qəza təhlükəsi yarandıqda yazılışın avtomatik işə düşməsi də var.
Əsas texniki yenilik - əhəmiyyətli şəkildə təkmilləşdirilmiş Duramax turbodizelidir. Bu, sıralı altısilindrli 3,0-litrlik mühərrik yeni porşenləri, yağlama və soyutma sistemlərini, turbokompressoru və yüksək məhsuldarlıqlı injektorları alıb. Nəticədə, onun gücü 281-dən 309 at qüvvəsinə, fırlanma anı isə 623-dən 671 Nm-ə qədər artıb.
İş həcmi 5,3 (360 at qüvvəsi, 519 Nm) və 6,2 litr (426 at qüvvəsi, 623 Nm) olan ənənəvi V8 benzin mühərriki də saxlanılıb. Bütün mühərriklər 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışırlar. Baza versiyaları arxa ötürməlidirlər, əlavə ödəniş müqabilində ön oxda mufta və azaldıcı pilləsi olan tam ötürmə sistemini sifariş etmək olar.
Şassinin sazlamalarına da yenidən baxılıb. Asqı və sükan idarəetməsi rahatlığı artırmaq və idarələnməni yaxşılaşdırmaq üçün yenidən işləniblər. Bahalı versiyalarda əvvəlki kimi pnevmatik asqı əlçatandır, elektron idarələnən Magnetic Ride amortizatorlarını həm pnevmodayaqlar, həmdə adi yaylar ilə birləşdirmək mümkündür.
Yenilənmiş Chevrolet Tahoe və Suburban yalnız 2024-cü ilin sonunda Arlinqtondakı (ABŞ, Texas ştatı) zavodun konveyerindən çıxmağa başlayacaqlar. Qiymətlər satışların başlanmasına yaxın açıqlanacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.