Yığcam Chevrolet Trailblazer krossoveri Çin bazarı üçün yaradılsa da, model Səma İmperatorluğunda uğursuzluğa düçar olub: 2019-2021-ci illərdə yerli bazarda on mindən az avtomobil satılıb və bundan sonra SAIC-GM birgə müəssisəsi Trailblazer modelinin istehsalını dayandırıb. Ancaq çinlilərdən fərqli olaraq, amerikalılar belə krossoveri yaxşı qarşılayıblar.
Chevrolet Trailblazer Activ
ABŞ bazarında Cənubi Koreya istehsalı olan krossoverlər 2020-ci ildə satışa çıxarılıb və 2021-ci ildə 90 mindən çox Trailblazer satılıb! Doğrudur, keçən ilin satışlar 1,5 dəfə azalsa da, istənilən halda 61 minlik satış heç də pis göstərici deyil. Buna görə də, Trailblazer ABŞ bazarında qalıb və hətta plan üzrə restaylinqdən keçib.
Zahiri cəhətdən krossover daha da “yırtıcılaşıb”: yuxarıda yerləşən gündüz işıqları daha nazik (bazada onlar közərmə lampaları ilə təchzi edilirlər, diodlar daha yüksək təchizat səviyyələrində tətbiq olunurlar), baza LED fənərləri isə daha yığcam, radiator barmaqlığı isə daha geniş olub. Bamperlər və arxa fənərlər də dəyişdirilib, palitraya isə yeni kuzov rəngləri əlavə edilib. Ümumiyyətlə, Trailblazer indi daha çox yeni nəsil Chevrolet Trax krossoverinə bənzəyir.
Chevrolet Trailblazer Activ
Əvvəlki kimi, LS, LT, RS və Activ təchizat səviyyələrindən seçim təklif edilir. RS versiyalarının xüsusiyyətləri – fərqli radiator barmaqlığı, 19-düymlük təkər diskləri (əvvəllər 18-düymlük), qara "idman" dekoru və buraxılış sisteminin yuvarlaq çıxış borularıdır.
Trailblazer Activ bamperlərdəki qoruyucular, daha dişli şinlər taxılmış 17-düymlük təkər diskləri, habelə yolsuzqluda hərəkət üçün adaptasiya edilmiş yaylar və amortizatorlar ilə öyünə bilər.
Chevrolet Trailblazer Activ
Yeni interyer də Trax modeli ilə unifikasiya edilib. Əvvəllər Trailblazer modelində analoq cihazları və yeddi və ya səkkiz düymlük displeyi olan media sistemi var idisə, indi səkkiz düymlük cihazlar paneli və multimedia sisteminin 11-düymlük sensorlu ekranı standart avadanlıq siyahısına daxil edilib. Ancaq iqlimə nəzarət sisteminin ayrı paneli saxlanılıb.
Baza avadanlığının siyahısı genişləndirilib və indi bu siyahıya kruiz-kontrol və mühərriki işə salma düyməsi, habelə yüksək icazəli arxa görüntü kamerası əlavə edilib. Chevy Safety Assist kompleksi də baza versiyasının təchizatına daxil edilib, adaptiv kruiz-kontrol isə opsiyalar siyahısında qalıb.
Chevrolet Trailblazer RS
Texniki hissədə heç bir dəyişiklik olmayıb: kapotun altında yalnız üçsilindrli turbomühərriklər ola bilərlər. ABŞ-da satılan Chevrolet Trailblazer modelinin baza versiyası 1,2-litrlik (139 at qüvvəsi, 219 Nm) mühərrik, variator və yalnız öntürmə ilə təklif edilir.
Daha böyük 1,3-litrlik (157 at qüvvəsi, 236 Nm) mühərrik üçün iki transmissiya nəzərdə tutulub: variator və 9-pilləli "avtomat". Birinci tranmsissiya ön ötürməli, ikincisi isə tamötürməli versiyada quraşdırlır. Bütün versiyalarda yarımüstəqil arxa asqı quraşdırılır.
Yenilənmiş Chevrolet Trailblazer krossoverləri ABŞ dilerlər şourumlarında payızda peyda olacaqlar. Yenilənmiş model nəzərəçarpacaq dərəcədə bahalaşacaq: əgər indi yenilənmədən əvvəlki avtomobillərin qiymətləri 22.100 dollardan başlayırsa, restaylinq keçmiş krossover üçün ən azı 23.100 dollar tələb ediləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.