Chevrolet şirkəti Traverse modelinin RS indeksli “idman” modfikasiyasını təqdim edib. Vətənində 430965 dollardan satılacaq krossover dörd silindrli turbomühərrikə sahib olub. Yeni model beş kuzov rəngində və beş opsiyalar paketi ilə təklif edilir.
Bu mühərrik Chevroleüt Camaro modelindən tanış olan, 261 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən birbaşa çiləməli 2,0-litrlik turbomühərrikdir. Güc aqreqatı doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Qeyd etmək lazımdır ki, Chevrolet Traverse RS modeli yalnız öndənçəkişlidir.
RS modifikasiyasının standart təchizatına salona açarsız giriş, üç zonalı klimat-kontrol, ön oturacaqların qızdırılması, dairəvi müşahidə sistemi, biksenon fənərlər, dəri salon, İnternetə giriş nöqtəsi, naviqasiyası və səkkiz düymlük sensorlu ekranı olan multimedia sistemi, 10-dinamikli Bose premium səs sistemi, beşinci qapının elektrik ötürməsi, kor zonalara nəzarət və zolaqda saxlama funksiyaları daxildir.
Traverse RS modelinin qara rəngə boyanmış radiator barmaqlığı, şüşələrin qara rəngli haşiyəsi və 20-düymlük təkər diskləri sayəsində ayırd etmək olar. Bundan əlavə, krossoverin baqaj qapağına “RS” yazısı vurulubdur.