Nəhayət Chevrolet şirkəti Trax modelinin Midnight Edition variantının üzərindəki sirr pərdəsini qaldırmış oldu. «Əzəmətli gecə» üslubunda işlənib-hazırlanmış Trax Midnight Edition, krossoverin LTZ variantının əsasında yaradılmışdır. Avtomobil xüsusi qara rəngə boyanmış kuzovu, qara qapı dəstəkləri və qara rəngli yüngül lehimli disklər ilə seçilir. Xüsusi versiya həmçinin, avtomobilin damında quraşdırılmış və qara rəngə boyanmış baqaj relslər və arxa qapağın qara rəngli işləməsi ilə təchiz edilir.
Chevrolet Trax Midnight Edition’nın interyerinin şəkili dərc edilməsə də, amerikalılar iç məkanda cüzi dəyişikliklərin olduğunu, avtomobilin boz rəngli aksentlərə malik olan qara dəri oturacaqlarla və xüsusi ayaqaltılar ilə təchiz edildiyini iddia edirlər.
Avtomobili texniki cəhətdən heç bir dəyişikliyə məruz qalmamışdır. O həmişə olduğu kimi, 1,4-litrlik dörd silindirli turbomühərriklə və altı pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. Mühərrikin güc göstəriciləri 138 at qüvvəsi və 200 Nm fırlanma anı təşkil edir. Avtomobil həm öndən, həm tam çəkiş sistemi ilə sifariş edilə bilər.
Krossoverin Trax Midnight Edition variantının satışına gələn ilin fevral ayında başlanacaq. Yeni dəstin dəyəri 500 ABŞ dolları təşkil edir.