Chevrolet şirkəti və Walt Disney kinokompaniyası Pekin avtosalonunda konseptual Cruze modelini təqdim etmişdirlər. Konseptual avtomobil fantastik döyüş filmi olan «Tron: Miras» filminin üslubunda hazırlanmışdır. Tərəfdaşlar avtomobili Şanxaydakı «Disneylendin» 16 iyunda olacaq açlışına həsr etmişdirlər. Zahiri cəhətdən, konseptual sedan adi Chevrolet Cruze avtomobilindən qara rəngi və işıqlanan göy zolaqları ilə seçilir. Eyni rəngli zolaqlardan avtomobilin salon tərtibatında da istifadə olunmuşdur.

Konseptual avtomobilin texniki imkanları barədə heç bir məlumat açıqlanmamışdır. Bildiyimiz kimi, yeni nəsil Chevrolet Cruze modeli Amerika Birləşmiş Ştatlarında 153 at qüvvəsi gücü olan 1,4-litrlik benzin mühərriki ilə təklif edilir.

Güc aqreqatı altı pilləli mexaniki və avtomatik sürətlər qutusu ilə təchiz edilə bilər. Şimali Amerika bazarında yeni Cruze modelinin qiymətləri təhcizat səviyyəsindən asılı olaraq 16260 dollar ilə 23120 dollar arasında dəyişir.

Yeni modelin Azərbaycan bazarındakı satışlarına hələlik başlanılmamışdır.

Image alt Image alt Image alt Image alt