Chevrolet şirkəti orta ölçülü Colorado pikapının yeni nəslini təqdim edib. Amerikan pikapı yenidən işlənmiş dizayna, interyerdəki yeni həllərə, həmçinin Silverado pikapından alınmış alternativsiz turbomühərrikə sahib olub. Ümumilikdə, pikap dörd variantda təklif edilir ki, onların arasında ekstremal versiya da var.
Yeni Chevrolet Colorado pikapı əvvəlki kimi müstəqil ön asqısı, arxada isə ressorlar üzərində duran bütöv körpüsü olan çərçivəli pikapdır. Üstəlik şassi modernləşdirilərək daha davamlı və etibarlı hala gətirilib.
Yeni Chevrlet Colorado yalnız ikisıralı kabin və yük platformasının yeganə variantı ilə təklif olunur - artıq yük platformasının ölçüsünü və kabin uzunluğunu seçmək mümkün deyil.
Yeni pikap üç ofroud modifikasiyasında təklif olunur: Z71, Trail Boss və ZR2. Modifikasiyalar arasındakı fərqlər klirensin ölçüsü, asqı tənzimləmələri, təkər diskləri və ön bamperin dizaynından ibarətdir. Versiyadan asılı olaraq pikapın klirensi 227 ilə 272 millimetr arasında dəyişir, giriş bucağı 29,1 ilə 38,3 dərəcə arasındadır. Trail Boss və ZR2 versiyalarında isə, arxa oxda quraşdırılan özükilidlənən diferensial var.
Bundan əlavə, bəzi versiyalar dərə-təpə və qayalıq ərazilərdə hərəkət etmək üçün nəzərdə tutulmuş hərəkət rejimlərinin seçilməsi sistemi, eləcə də müxtəlif sürücü köməkçiləri ilə təchiz edilir.
3338 millimetrlik (+79 millimetr) təkər bazası olan yeni Colorado pikapının uzunluğu 5411 millimetrə çatır. Yük bölməsində əşyaların bərkidilməsi üçün səkkiz qarmaq, 110 voltluq çıxış, velosipedlərin daşınması üçün “relslər”, açılan bortun aralıq mövqeyini qeydə alan fiksatorlar və təxminən 10 santimetr dərinliyində soyudulan germetik bölmə var.
Salonda multimedia sisteminin 11,3-düymlük sensorlu ekranı və 8,0-düymlük rəqəmsal cihazlar paneli quraşdırılıb. Bunlar artıq pikap üçün standart avadanlıqlardır.
Pikap 10 ədəd kamera ilə təchiz olunub ki, onlardan biri də avtomobilin altında yerləşir və mürəkkəb sahələrdən keçərkən kömək edir. Bu kamera, xüsusi ön bamperdən, bedlokları olan disklərdən, kabinin arxasındakı müdafiə qövsündən və projektorlardan ibarət olan opsional Desert Boss paketinin bir hissəsidir.
Colorado pikapının kapotunun altında alternativsiz 2,7-litrlik dördsilindrli benzin turbomühərrik yerləşir və onun hasilatı versiyadan asılı olaraq 240 (351 Nm) və ya 314 at qüvvəsi (582 Nm) təşkil edir. Güc qurğusu səkkiz pilləli avtomatik transmissiya və qoşulan tam ötürmə ilə tandemdə çalışır. Turbodizel və V6 benzin mühərriki artıq bu model üçün əlçatan deyil.
Yeni nəsil Chevrolet Colorado pikapının satışı gələn ilin əvvəlinə planlaşdırılır. Qiymətlər hələlik açıqlanmayıb. Yeni nəsil Chevrolet Colorado Missuridəki zavodda yığılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.