On səkkiz illik istehsal dövründən sonra, Chrysler 300 ailəsi təqaüdə çıxmağa hazırlaşır, odur ki, 2023-cü model ili bu ailə üçün sonuncu olacaqdır. Chrysler şirkəti Charger və Challenger modelləri ilə vidalaşan Dodge markası kimi, 300 modelinin müxtəlif xüsusi versiyalarını buraxmağı planlaşdırmır.
Chrysler istehsal dövrünün sonunu qeyd etmək üçün təkcə bir “vida” versiyasını hazırlayıb. Amerikan markası 300 ailəsi ilə vidalaşmaq üçün Chrysler 300C adlanan “bərkgedən” versiyanı modifikasiya çeşidinə qaytarıb.
Əgər ixrac bazarlarında bu model üçün standart olaraq 300C indeksi istifadə edilirdisə (universallar da daxil olmaqla), Amerikada isə, bu indekslə yalnız 5,7-litrlik V8 mühərriki olan güclü versiyalar işarələnərdi.
Lakin 2020-ci ildə Chrysler şirkəti 300C indeksindən imtina etdi və o vaxtdan 5,7-litrlik mühərriki olan sedanlar Chrysler 300S adlanır. Beləliklə, formal olaraq, 300C modeli iki illik fasilədən sonra geri qayıdır.
Əslində isə, 2023-cü model illinin yeni Chrysler 300C modeli SRT top versiyasının reinkarnasiyasıdır, çünki onun kapotunun altında 6,4-litrlik Hemi V8 atmosfer mühərriki durur.
2014-cü ildə Chrysler belə sedanların daxili bazar üçün istehsalını dayandırıb və “bərkgedən” avtomobillər seqmentini Dodge markasına verib, lakin ixrac üçün (məsələn, Avstraliya üçün) SRT versiyasını 2019-cu ilə qədər istehsal edib.
Yeni Chrysler 300C 6.4-litrlik mühərrikin ən güclü versiyası ilə təchiz edilib: güc aqreqatı 492 at qüvvəsi və 644 Nm fırlanma anına malikdir. Əlbəttə ki, bunu kompressorlu Dodge modellərinin çılğın göstəriciləri ilə müqayisə etmək olmaz, lakin Chrysler markası üçün belə göstərici rekord sayılır. Sedan səkkiz pilləli “avtomat” və özükilidlənən differensialı olan arxa ötürmyə malikdir.
Dinamik xüsusiyyətlər barədə susmaq ənənəsinə zidd olaraq, Chrysler ən vacib parametrləri açıqlayıb: “bərkgedən” sedanın maksimal sürəti 257 km/saatdır, o, 60 mil/saat (97 km/saat) həddini 4,3 saniyəyə toplaayır, dörddə bir dreq məsafəsini isə, 300C sedanı 12,4 saniyəyə qət edir.
Digər xüsusiyyətlər arasında ön oxdakı dördporşenli Brembo əyləcləri, adaptiv asqı, hərəkətli çəpərciyi olan buraxılış sistemi və 20-düymlük təkər diskləri var. Radiator barmaqlığı isə, yenidən işlənmiş üçrəngli 300C loqotipi ilə bəzədilib.
Eyni zamanda, sedan zəngin təchizata malikdir: “karbondan” ekoru olan dəri salon, ön oturacaqların havalandırması, Harman Kardon səs sistemi (19 dinamikli), panoram dam və s.
Chrysler 300C sedanı cəmi 2200 nüsxədə buraxılacaqdır ki, onların 2000 ədədi ABŞ bazarında, 200 ədədi isə, Kanadada satılacaqdır. Satışlara yazda başlanmalıdır. “Bərkgedən” sedanın başlanğıc qiyməti 55 min dollardır. Chrysler 300 modelinin növbəti nəsli olmayacaqdır. Onun amerikan markasının model xəttindəki yerini Chrysler Airflow elektromobili tutmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.