Bu günlərdə işinə başlamış Çikaqo avtomobil salonunda Hyundai şirkəti yenilənmiş Hyundai Santa Fe və Santa Fe Sport modellərini nümayiş etdirmişdir. Bu adlar sizdə çaşqınlıq yaratmasın - əslində birinci model hər kəsin yaxşı tanıdığı Grand Santa Fe modelidir. İkinci isə, məntiqi olaraq Hyundai şirkətinin yerli nümayəndəsi tərəfindən təklif edilən Santa Fe’dir. Sonuncu avtomobilin restaylinq keçmiş variantı keçən ilin payızında keçirilmiş Frankfurt avtomobil sərgisində təqdim edilmişdir. Artıq növbə Grand Santa Fe modelinə çatmışdır.
Hyundai Grand Santa Fe modelinin yenilənmiş variantı cari modeldən yeni ön və arxa bamperləri, radiator barmaqlığı və işıq texnikası ilə fərqlənir. Lakin avtomobilin məruz qaldığı dəyişikliklər təkcə zahiri yenilənmə ilə məhdudlaşmamışdır.
Hyundai mütəxəssiləri ilk növbədə kraş-testlər zamanı, xüsusilə də qismən vurub keçmə halında zəif nəticələr göstərmiş avtomobilin kuzovunun strukturunu möhkəmləndirmişdirlər. Bundan başqa, Grand Santa Fe modeli piyadaların qarşısında qəfil əylənməni təmin edən sistem, zolarlara nəzarət sistemi, təkmilləşdırılmış əyləc mexanizmləri və bir sıra təhlükəsizlik sistemləri ilə təchiz edilir.
Amerika bazarında Grand Santa Fe alternativsiz 290 at qüvvəli 3,3-litrlik altı silindirli GDİ mühərriki ilə təchiz edilir.