Dodge şirkəti və Fiat Chrysler Automobile (FCA) ittifaqı üçün “qaynar” avtomobillərin hazırlanması ilə məşğul olan SRT bölməsi yeddi yerli Durango ofroderinin “bərkgedən” modifikasiyasını hazırlamışdır. İstehsalçı Dodge Durango SRT modelinin üç oturacaq cərgəsi olan ən güclü və yeyin amerikan ofroderi kimi qələmə verir.
“Qaynar” Dodge Durango SRT modelini 6,4-litrlik V HEMI benzin mühərriki ilə təchiz etmişdirlər.
Güc aqreqatı 481 at qüvvəsinə və 637 Nm fırlanma anına malikdir. Mühərrik, xüsusi olaraq bu modifikasiya üçün tənzimlənmiş səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 96 km/saat həddinə krossover 4,4 saniyəyə sürətlənir. Draq məsafəsi olan dörddə bir mili krossover 12.9 saniyəyə qət edir. “Qaynar” krossover yeddi quraşdırılmış rejimi olan idarəetmə elektronikası ilə təchiz edilir. Bunlar, avtomatik, idman, trek, qar üzərində hərəkət üçün, qoşqunun yedəyə alınması üçün, qənaət və park rejimləridir. Sonuncunu avtomobili otelin və ya dayanacağın əməkdaşlarına təhvil verən zaman aktiv etmək olar.
Bu zaman mühərrikin gücü məhdudlaşacaq, avtomatik qutu ötürmələri əvvəlcədən dəyişəcək, sükanaltı dəstəklər deaktivasiya ediləcək, stabilizasiya sistemini isə söndürmək mümkün olmayacaqdır.
Bundan başqa, Dodge Durango SRT modeli yenidən tənzimlənmiş tam çəkiş sistemi, adaptiv amortizatorlarla, daha sərt yaylarla (öndə 3 faiz, arxada isə 16% daha sərt), yeni səsboğucu sistem, Brembo əyləcləri, aerodinamik kuzov dəsti və başqa kapotla təchiz edəcəkdirlər. Modelin istehsalı Detroytda təşkil ediləcəkdir. Onun Amerika Birləşmiş Ştatlarındakı satışları bu ilin dördüncü rübündə başlanacaqdır.
Avtomobilin Azərbaycan bazarındakı satışlarına da ilin sonlarında başlanacaqdır.