Ford şirkəti yenilənmiş Expedition ofroderini təqdim etmişdir. Ford Expedition modeli F-150 pikapının təkmilləşdirilmiş şassisini və tamamilə alüminiumdan hazırlanmış kuzovu əldə etmişdir. Bunun sayəsində avtomobilin çəkisini ciddi şəkildə azaldılmışdır.
Eyni zamanda, ofroder təkmilləşdirilmiş V6 EcoBoost mühərriki ilə təchiz edilir. Mühərrikin güc xarakteristikaları açıqlanmasa da, onun 375 at qüvvəli 3,5-litrlik güc areqatını əvəz etmiş 282 at qüvvəsi olan 3,3-litrlik V6 EcoBoost mühərrikinin olduğu ehtimal edilir. Yeni güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışacaqdır. Bundan əlavə, ofroder elektronika idarə edilən yüksək sürtünməli differensialı olan “ağıllı” tam çəkiş sistemini də əldə etmişdir.
Qeyd etmək lazımdır ki, alüminiumun geniş tətdiq edilməsi nəticəsində Expedition modeli 136 kiloqram “arıqlmışdır” ki, bu da yanacaq sərfiyyatını azaltmağa və dinamika göstəricilərini artırmağa imkan yaratmışdır. İri ölçülərə və 2,5 ton çəkiyə malik olmasına baxmayaraq avtomobil 100 km/saat sürətini 6,0 saniyəyə toplayır. Amerikan istehsalçısının mətbuat xidmətinin bildirdiyinə görə, Ford Expedition ofroderinin təchizatına müasir aktiv və passiv təhlükəsizlik sistemləri kompleksi, Apple CarPlay və Andriod Auto əlavələrini dəstəkləyən və internetə Wi-Fi giriş nöqtəsi təklif edən SYNC3 multimedia sistemi, Panoram tavan, 12 dinamikli B&O premium səs sistemi daxil edilmişdir. Avtomobilin satışlarına nə zaman start veriləcəyi açıqlanmamışdır.