Bu gün işinə başlamış Çikaqo avtosalonunda Hyundai şirkəti Elantra GT modelini təqdim etmişdir. Avropada i30 adı ilə tanınan avtomobil geniş çeşiddə yenilənməyə məruz qalmışdır.
Hyundai Elantra GT modeli standart olaraq ağıllı kruiz-kontrol, uzaq işıq köməkçisi, kor zonalara nəzarət sistemi, dəri salon, iki zonalı klimat-kontrol, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən, naviqasiyası və 8-düymlük sensorlu displeyi olan məlumat-əyləncə kompleksi ilə təchiz edilir. Bundan əlavə, hetçbek smartfonların naqilsiz doldurulması sistemini, Clari-Fi əlavəsini, LED işıqları, İnfinity səs sistemini, mühərriki və klimat-kontrol sistemini uzaqdan işə salmağa yardım edən Blue Link sistemi və 17-düymlük təkər disklərini əldə etmişdir.
Hyundai Elantra GT hetçbeki 162 at qüvvəli 2,0-litrlik mühərrik ilə təchiz edilir. Bu güc aqreqatı 6-pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə komplektləşdirilə bilər. Hyundai Elantra GT Sport modifikasiyası isə 201 at qüvvəli 1,6-litrlik T-GDİ turbomühərrik ilə təklif ediləcəkdir. Sport modifkasiyası 6-pilləli mexaniki və ya 7-pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilə bilər. Bundan başqa, GT Sport variantı daha aqressiv görkəmə, qırmızı aksentləri olan interyerə, gücləndirilmiş əyləc sisteminə və 18-düymlük təkər disklərinə malik olacaqdır.