Jeep şirkəti Wrangler modelinin xüsusi modifikasiyasını təqdim etmişdir. Rubicon Recan adını almış modifkasiya, adi Rubicon modelindən gücləndirilmiş yolsuzluq xüsusiyyətləri ilə seçilir.
Jeep Wrangler Rubicon Recon modeli təkmilləşdirilmiş ön körpü, ön və arxa differensialların yüksək möhkəmlikli tökmə poladdan müdafiəsini, həmçinin 35-düymlük təkərləri quraşdırmağa imkan verən qısaldılmış və gücləndirilmiş kandarları əldə etmişdir.
Yeni ofroder Rock-Trac paylayıcı qutusu olan tam çəkiş sistemi, azaldıcı pillələri olan ötürmələr qutusu, eyni zamanda ön və arxa differensialların qapanması ilə təchiz edilmişdir.
Rubicon Recon modifikasiyası həm mexaniki, həm də avtomatik ötürmələr qutusu ilə komplektləşdirilə bilər.
Avtomobil üç və büş qapılı kuzovla təklif ediləcəkdir ki, bu kuzovu da yeddi müxtəlif rəngə boyamaq mümkündür.
Ofroder standart olaraq 125 millimetr artırılmış klirensə və BF Goodrich KM təkərləri olan 17-düymlük disklərlə təchiz ediləcəkdir. Jeep Wrangler Rubicon Recon modifikasiyasının avadanlıq siyahısına səkkiz dinamikli audiosistem, oturacaqların dəri ilə üzlənməsi, oturacaqların qızdırılması, dirsəkaltıların vinillə üzlənməsi, həmçinin yağın təzyiqini, soyutma sisteminin mayesinin temperaturunu və təkərlərdəki təzyiqi göstərən cihazlar daxil edilmişdir.
Yeni modelin satışlarına bu ayın sonlarında başlanacaqdır. Amerika Birləşmiş Ştatlarında üç qapılı Rubicon Recon 39145 dollara, beş qapılı variant isə 42945 dollara satılacaqdır.