Məşhur RENNtech tüninq atelyesinin ABŞ-da fəaliyyət göstərən bölməsi Çikaqo avtosalonunda maraqlı bir konsepti nümayiş etdirmişdir. Bu, Mercedes-Benz Metris Master Solutions Toolbox Concept adlı furqondur.
Xatırlatmaq istərdik ki, Amerika bazarında Mercedes-Benz Vito modeli Metris adı ilə satılır. Bu unikal avtomobilin yaradılması üzərində həmçinin alman şirkətinin də mütəxəssisləri iştirak etmişdirlər. Mercedes-Benz Metris Master Solutions Toolbox Concept modeli maksimal funksionallığın nə olduğunu nümayiş etdirmək üçün hazırlanmışdır.
Lakin, bu RENNtech mütəxəssislərini avtomobilin unikal görkəmini yaratmaqdan çəkindirməmişdir. Furqonun kuzövunda firuzəyi rəng parçalar quraşdırılmışdır ki, əlavə dekorativ elementlər sayəsində avtomobil "təkərlər üzərində hərəkət edən alətlər qutusuna" bənzəyir. İlk növbədə bu təssəvvürü avtomobilin tavanında quraşdırılmış iri tutcaq yaradır.
Mercedes-Benz Metris Master Solutions Toolbox Concept modelinin daxilində xüsusi olaraq quraşdırılmış stellajlar, istənilən növ avadanlığın saxlanılması və nəqli üçün nəzərdə tutulan qutular, həmçinin xüsusi dayaqlar mövcuddur. Görüləcək işlərin xarakterindən asılı olaraq furqonu lazım olan avadanlıqla doldurmaq olar. Furqonun texniki hissəsinə gəldikdə isə, o, 208 at qüvvəsi gücü və 282 Nm fırlanma anı olan 2,0-litrlik dörd silindrli mühərriklə təchiz edilmişdir. Güc areqatı ilə tandemdə 7-pilləli avtomatik ötürmələr qutusu çalışır. Furqon arxadan çəkişlidir. Təqdim edilmiş məlumata əsasən, furqon 1134 kiloqram yürqaldırma qabiliyyətinə malikdir. O, 2268 kiloqramlıq qoşmanı yedəyə ala bilər.