Volkswagen şirkəti Atlas krossoverinin xüsusi modifikasiyası olan Weekend Edition variantını təqdim etmişdir. “Həftəsonu” modifikasiyasının kütləvi təqdimat mərasimi Çikaqo avtosalonunda keçiriləcəkdir.

Volkswagen Atlas Weekend Edition modifikasiyasının seçilən xüsusiyyətlərindən biri krossoverin damında quraşdırılmış həcmi artırılan Urban Loader baqaj qutusudur. Qutunun maskimal həcmi 28 litr təşkil edir. Eyni zamanda, Atlas krossoveri kapotda və yan pəncərələrdə quraşdırılmış deflektorlara, yeni kandarlara, ikinci cərgə ilə baqaj bölümünün arasında quraşdırılmış tora, baqaj bölümünün döşəməsinin davamlı örtüyünə və ön kresloların başlıqaltılarında quraşdırılmış planşet kompyüteri üçün bərkitmə qurğularına sahib olmuşdur.

“Həftəsonu” Atlas modeli 279 at qüvvəli 3,6-litrlik altı silindrli benzin mühərriki, səkkiz pilləli avtomatik ötürmələr qutusu və 4Motion tam çəkiş sistemi ilə təchiz edilir.

Alman istehsalçısı, Weekend Edition modifkasiyası üçün nəzərdə tutulmuş aksessuarları, adi krossoverlərin sahiblərinin də sifariş etmək şanslarının olduğunu xüsusi olaraq vurğulamışdır. Volkswagen Atlas krossoverinin Amerika Birləşmiş Ştatlarındakı satışlarına aprel ayında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt